Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xamenei: İİKK-in kəşfiyyat rəhbərinin öldürülməsi İran ordusunu sarsıda bilməz
Xamenei: İİKK-in kəşfiyyat rəhbərinin öldürülməsi İran ordusunu sarsıda bilməz

İranın Ali rəhbəri Müctəba Xamenei bildirib ki, İran İnqilabı Keşikçiləri Korpusunun (İİKK) kəşfiyyat rəhbəri Məcid Hədəmiyə edilən sui-qəsd ölkənin silahlı qüvvələrini sarsıda bilməz.

Bizimyol.info xəbər verir ki bu barədə Xamenei öz çıxışında qeyd edib.

"İslam Respublikası və silahlı qüvvələrin möhkəm və birləşmiş sıraları elə dərəcədə güclüdür ki, terror və cinayətlər onların cihad ideallarını sarsıda bilməz", - deyə o qeyd edib.

O, həmçinin Hədəmiyənin ailəsinə və həmkarlarına başsağlığı verib.

Hədəmi 6 aprel tarixində ABŞ və İsrailin zərbəsi nəticəsində həyatını itirib. O, 19 iyun 2025-ci ildə Məhəmməd Kazeminin yerinə İİKK-in kəşfiyyat rəhbəri təyin olunmuşdu. Kazemi isə 12 günlük 2025-ci il müharibəsi zamanı İsrail zərbəsi nəticəsində öldürülüb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »