Moskva və Qahirə Yaxın Şərqdə döyüşlərin dərhal dayandırılmasını və siyasi-diplomatik prosesə qayıtmağı dəstəkləyir.
Bizimyol.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Misir Xarici İşlər naziri Badr Əbdül Atə ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
“Biz BMT və digər çoxtərəfli platformalarda sıx əməkdaşlığı davam etdirməklə bağlı ümumi mövqeyimizi təsdiqlədik. Xüsusi diqqət göstərdiyimiz ən kritik problem bu dövrdə Fars Körfəzində baş verən misli görünməmiş gərginlikdir. Bu gərginlik, bildiyimiz kimi, ABŞ və İsrailin İran İslam Respublikası ilə bağlı hərəkətləri nəticəsində yaranıb. Rusiya və Misir döyüşlərin dərhal dayandırılmasını, mövcud fikir ayrılıqlarının regiondakı bütün dövlətlərin, o cümlədən Fars Körfəzi ölkələrinin, eləcə də İraq, İordaniya, Suriya, Livan və əlbəttə ki, İran İslam Respublikasının təhlükəsizlik maraqlarını nəzərə alaraq siyasi-diplomatik yollarla həllini dəstəkləyir”, — deyə nazir bildirib.
Bizimyol.info






