2026-cı il Dünya Çempionatına son qatılan komandalar açıqlanıb.
Bizimyol.info xəbər verir ki, Konqo Demokratik Respublikası və İraq interkontinental play-off oyunlarını qələbə ilə başa vuraraq turnirdə iştirak hüququ qazanıblar.
Konqo Demokratik Respublikası finalda Yamaykanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək, tarixində ilk dəfə Dünya Çempionatına vəsiqə əldə edib. Digər final oyununda İraq əsas vaxtda Boliviyanı 2:1 hesabı ilə üstələyib. Bu, İraq milli komandası üçün ikinci Dünya Çempionatı iştirakıdır; komanda əvvəllər 1986-cı ildə turnirdə mübarizə aparmışdı.
2026 Dünya Çempionatının qrup tərkibi:
- A qrupu: Meksika, Cənubi Afrika, Cənubi Koreya, Çexiya
- B qrupu: Kanada, Bosniya və Herseqovina, Qatar, İsveçrə
- C qrupu: Braziliya, Mərakeş, Haiti, Şotlandiya
- D qrupu: ABŞ, Paraqvay, Avstraliya, Türkiyə
- E qrupu: Almaniya, Kurasao, Kot-d’İvuar, Ekvador
- F qrupu: Niderland, Yaponiya, İsveç, Tunis
- G qrupu: Belçika, Misir, İran, Yeni Zelandiya
- H qrupu: İspaniya, Cabo-Verde, Səudiyyə Ərəbistanı, Uruqvay
- I qrupu: Fransa, Seneqal, İraq, Norveç
- J qrupu: Argentina, Əlcəzair, Avstriya, İordaniya
- K qrupu: Portuqaliya, Konqo Demokratik Respublikası, Özbəkistan, Kolumbiya
- L qrupu: İngiltərə, Xorvatiya, Qana, Panama
Finallar mərhələsinin ilk oyunları:
- 11 iyun, 22:00 — Meksika vs Cənubi Afrika (A qrupu)
- 12 iyun, 05:00 — Cənubi Koreya vs Çexiya (A qrupu)
- 12 iyun, 22:00 — Kanada vs Bosniya (B qrupu)
- 13 iyun, 22:00 — Qatar vs İsveçrə (B qrupu)
- 13 iyun, 04:00 — ABŞ vs Paraqvay (D qrupu)
- 14 iyun, 01:00 — Braziliya vs Mərakeş (C qrupu)
- 14 iyun, 04:00 — Haiti vs Şotlandiya (C qrupu)
- 14 iyun, 07:00 — Avstraliya vs Türkiyə (D qrupu)






