Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadınlardan ibarət milli komanda vacib oyunda məğlub oldu
Qadınlardan ibarət milli komanda vacib oyunda məğlub oldu

Azərbaycanın qadınlardan ibarət milli komandası Dünya Çempionatının seçmə mərhələsinə yaxşı başlamışdı. Yer aldığı qrupda ilk səfər oyununda macarlara yalnız 0:1 hesablı məğlubiyyəti qeydə alınmış, digər iki rəqibindən üstün olmağı bacarmışdı. Dörd turdan sonra Macarıstanın 10, Azərbaycanın 9 xalı vardı. Sumqayıtda macarları uda bilsəydik, qrup birinciliyi şansımız artırdı. Çox təəssüf, Siyasət Əsgərovun komandası vəzifənin öhdəsindən gələ bilmədi.

Bizimyol.info xəbər verir ki, qadınlardan ibarət milli komandamız Macarıstanla “ev” oyununda 1:2 hesabı ilə məğlub olub. Bununla da rəqibin qrup birinciliyi rəsmiləşib. Seçmə mərhələnin qaydalarına görə, C liqasında qrup qalibləri pley-off mərhələsində iştirak edə bilər. Biz bu şansı əldən verdik.

Futbol üzrə qadınlar arasında Dünya Çempionatı gələn il Braziliyada keçiriləcək. Burada ilk dəfə 32 komandanın iştirakı nəzərdə tutulub. Avropaya 11 yer verilib. Cənubi Amerika milli komandalarının hegemonluğu qadın futbolunda hiss olunmur. Mundiala bu materikdən meydan sahiblərindan başqa, yalnız iki kollektiv gələcək.

İstənilən halda qadınlardan ibarət milli komandamızın seçmə mərhələdəki çıxışı yaxşı qiymətləndirilməlidir. Məsələn, Macarıstan səfərdə Andorranı məğlub edə bilməsə də, Siyasət Əsgərovun komandası bunu bacarmışdı. Rəqib qapılarından 8 top keçirilib.

Milli komandanın güclənməsi yerli çempionatdan çox asılıdır. Milli birinciliyin səviyyəsi yüksəlməlidir. Klubların maddi-texniki bazası yaradılmalıdır. Milli çemoionat bütün ölkəni əhatə etmir. Bölgələrdə istedadlı qızların üzə çıxarılması üçün yaxşı seleksiya aparılmalıdır. Ümumiyyətlə, görüləsi iş çoxdur. Milli komanda ən aşağı şərtlərlə yaxşı nəticə göstərməyə çalışır. Hər dəfə dünya və Avropa birinciliklərinin final mərhələsinə vəsiqə qazanmağa çox yaxınlaşırıq. Çempionatın səviyyəsi yüksəlsə, komandaya diqqət artsa, daha böyük vəzifələrin öhdəsindən gələ bilərik. Sumqayıtda yeganə qolumuzun müəllifi olan Xanım Əsədovanın heç 18 yaşı tamam olmayıb. Məhz belə istedadlı qızlar üzə çıxarılmalıdır. Düzgün iş aparılsa, qadınlardan ibarət milli komanda bizi hələ çox sevindirəcək.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »