Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran vətəndaşlarına BƏƏ-yə giriş və tranzit qadağan edilib - "Emirates"
İran vətəndaşlarına BƏƏ-yə giriş və tranzit qadağan edilib - "Emirates"

Birləşmiş Ərəb Əmirliklərinin ən böyük aviaşirkəti olan "Emirates" İran vətəndaşlarının ölkəyə girişinə və tranzit uçuşlar həyata keçirməsinə qadağa qoyulduğunu açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə aviaşirkətin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

“İran vətəndaşlarına BƏƏ-yə giriş və ölkə hava limanları vasitəsilə tranzit qadağandır”, - deyə qeyd edilib. Bu xəbərdarlıq, saytda vətəndaşlıq bölməsində “İran” seçən istifadəçilərə göstərilir.

Eyni zamanda qeyd olunur ki, bu qadağa BƏƏ-nin 5-10 illik yaşayış icazəsi sayılan “qızıl viza” sahiblərinə şamil edilmir.

Qərarın səbəbi açıqlanmayıb və BƏƏ rəsmiləri məsələ ilə bağlı hələlik rəsmi şərh verməyiblər.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Hücumlar zamanı Tehran da daxil olmaqla iri şəhərlər hədəfə alınıb. Buna cavab olaraq İran tərəfi də əks əməliyyatlar həyata keçirib və bölgədə bir sıra ölkələrdə ABŞ hərbi obyektlərinə zərbələr endirildiyi bildirilir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »