Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pezeşkiyan: İran infrastrukturuna edilən hər hansı hücuma cavab verəcək
Pezeşkiyan: İran infrastrukturuna edilən hər hansı hücuma cavab verəcək

İran Prezidenti Məsud Pezeşkiyan ölkənin infrastrukturuna və iqtisadi mərkəzlərinə edilən hücuma qarşı güclü cavab veriləcəyini bildirib.

Bizimyol.info xəbər verir ki, Pezeşkiyan açıqlamasını ABŞ mərkəzli "X" sosial media platformasında yerləşdirib.

Prezident vurğulayıb ki, İran “önləyici hücumlar həyata keçirmir”, lakin “ölkənin infrastrukturu və ya iqtisadi mərkəzləri hədəfə alınarsa, buna layiqincə cavab verəcəyik.”

Bundan əlavə, o, bölgə ölkələrinə müraciət edərək: “Əgər inkişaf və təhlükəsizlik istəyirsinizsə, düşmənlərimizin müharibəni sizin torpaqlarınızdan idarə etməsinə icazə verməyin”, - deyə qeyd edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »