Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan və Ermənistan XİN rəhbərləri telefonla danışıblar
Azərbaycan və Ermənistan XİN rəhbərləri telefonla danışıblar

Martın 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı aparılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi məlumat verib.

Bildirilir ki, nazirlər Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin daha da irəlilədilməsi istiqamətində müsbət inkişafı məmnunluqla qeyd ediblər.

Ceyhun Bayramov və Ararat Mirzoyan, həmçinin regional məsələləri və çoxtərəfli platformalar çərçivəsində fəaliyyətləri müzakirə ediblər.

Son xəbərlər
Bütün xəbərlər »