Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da Lukaşenko–Tramp görüşünə hazırlıq müzakirə olunur
ABŞ-da Lukaşenko–Tramp görüşünə hazırlıq müzakirə olunur

Vaşinqtonda Belarus prezidenti Aleksandr Lukaşenko ilə ABŞ lideri Donald Tramp arasında mümkün görüşün keçirilməsi variantları nəzərdən keçirilir.

Bizimyol.info xəbər verir ki, bu barədə "Financial Times" ABŞ-ın xüsusi nümayəndəsi Con Koula istinadən məlumat yayıb.

Məlumata görə, iki liderin görüşü ya Ağ Evdə, ya da Trampın Mar-a-Lago iqamətgahında keçirilə bilər.

Martın 20-də Lukaşenko jurnalistlərə açıqlamasında bildirib ki, Tramp onu Floridadakı Mar-a-Laqo iqamətgahında görüşə dəvət edib.

Belarus lideri həmçinin qeyd edib ki, ABŞ tərəfi ölkəsinə bir sıra məsələləri əhatə edən genişmiqyaslı saziş təklif edib. O, iki ölkə arasında razılaşmanın vacibliyini vurğulayıb və bu məsələdə şəxsi marağının olduğunu bildirib.

Onun sözlərinə görə, Belarus ABŞ-a ən azı 3 milyard dollar dəyərində mədən sahəsini satmağa hazırdır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »