Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda İsraillə əlaqədə şübhəli bilinən şəxslər saxlanılıb
İranda İsraillə əlaqədə şübhəli bilinən şəxslər saxlanılıb

İran hakimiyyəti Şimali Xorasan əyalətində İsrail adından hərəkət edən bir qrup şəxsin həbs olunduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat verib.

Şimali Xorasan polisinin rəisi bildirib ki, “kəşfiyyat məlumatları və texniki nəzarət tədbirləri əsasında ölkənin təhlükəsizliyinə qarşı fəaliyyət göstərən, düşmən tərəfi ilə əlaqəli şəbəkələrin üzvləri müəyyən edilərək saxlanılıb”. Onun sözlərinə görə, əyalətin təhlükəsizlik qüvvələri İsrail tərəfindən idarə olunduğu iddia edilən “beynəlxalq şəbəkənin agentlərinə ciddi zərbə vurub”.

Polis rəisi əlavə edib ki, əyalətin paytaxtı Bocnurdda agent və “xain” kimi qiymətləndirilən şəxslərin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »