Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Heyvanlar bu adamı xoşlamır: 3 dəfə ard-arda hücuma məruz qalıb

ABŞ yerli mətbuatında yer alan xəbərlərdə, keçən həftə Havay sahillərində üzərkən köpəkbalığının (akulanın) hücumuna uğrayaraq bir ayağından dərin yara alan MakUilyamsın heyvanlarla münasibətdə heç bəxti gətirmir. Bəlkə də bəxti gətirir ki, sağ qalır. Belə ki, daha əvvəl ayı və ilanın hücumlarına məruz qaldıqda bəxti gətirdiyi üçün həyatda qalıb.

Köpəkbalığının hücumundan sonra ayağına 7 tikiş atılan MakUilyams “Ən dəhşətlisi sahilə geri üzmək oldu” ifadəsini işlədərək, üzərkən ayağından axan qanların iyinə görə köpəkbalığının onu təqib etməsindən narahatlıq duyduğunu söyləyib.

Koloradoda keçən iyul ayında tətildə olarkən böyük bir ayının hücumuna məruz qaldığını danışan MakUilyams heyvanın pəncəsi ilə boynundan yara aldığını, yerə düşsə də, qaçmağı bacardığını qeyd edib.

3 il yarım əvvəl isə Utah əyalətində ilan tərəfindən dişləndiyini deyən MakUilyams bədəninə az miqdarda zəhər daxil olması nəticəsində qısa bir müddət xəstəlik keçirdiyini ifadə edib.

MakUilyams açıq havada çox vaxt keçirdiyini, ancaq bütün bu başına gələnlərdən ötəri həqiqətən bəxtsiz olması, yoxsa həyata qaldığı üçün şanslı olub-olmadığını hələ müəyyənləşdirməyib. (Bizimyol,info)

Son xəbərlər
Bütün xəbərlər »