"Ermənistanın yeni Konstitusiya layihəsinin mətni artıq hazırdır".
Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan ədliyyə naziri Srbuhi Qalyan nazir yanında İctimai Şuranın ilk iclasında bildirib.
Onun sözlərinə görə, layihə Mülki Müqavilə Şurası və parlament fraksiyası tərəfindən müzakirə olunacaq.
"Konstitusiyanın mətnini ən qısa zamanda dərc edəcəyik. Aydındır ki, referendum seçkilərlə eyni vaxtda keçirilə bilməz. Bu o deməkdir ki, ictimaiyyətlə ünsiyyət qurmaq üçün daha çox vaxtımız olacaq", - deyə Qalyan qeyd edib.
Onun sözlərinə görə, məqsəd sənədin mətni ilə mümkün qədər çox vətəndaşın tanış olmasıdır. Bundan əlavə, müzakirələr Ədliyyə Nazirliyinin bir sıra məsələlər üzrə mövqeyini yenidən nəzərdən keçirmək üçün əsas ola bilər.
Baş nazir Nikol Paşinyan daha əvvəl Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinadların olmaması lazım olduğunu, çünki bu, münaqişəyə səbəb olacağını bildirib.
Daha əvvəl ədliyyə naziri Srbuhi Qalyan yeni Konstitusiyanın ilkin mətninin mart ayında dərc olunacağını deyib.
Bizimyol.info






