Avropada birja ticarətinin açılışında qazın qiyməti bazar ertəsi günü 1000 kubmetr üçün 800 dolları keçib. Bu, 2023-cü ilin yanvarından bəri ilk dəfədir.
Məlumat ICE – Intercontinental Exchange London birjasının göstəricilərinə əsaslanır.
Qiymət artımı əsasən neft kotirovkalarının yüksəlməsi və Yaxın Şərqdə münaqişənin kəskinləşməsi fonunda baş verib.
Əlavə edək ki, neft qiymətləri İsrail və ABŞ-ın İrana qarşı 28 fevralda başlayan hərbi əməliyyatları fonunda artmaqda davam edir. Bu gün Brent nefti 30 faizə yaxın bahalaşaraq 119 dolları görüb.(marja)






