Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ və İsrailin İrana hücumları nüvə obyektlərini hədəf almır - Qrossi
ABŞ və İsrailin İrana hücumları nüvə obyektlərini hədəf almır - Qrossi

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bildirib ki, ABŞ və İsrailin İrana hücumları, Nətənz və İsfahanda müəyyən ziyan aşkar edilsə də, nüvə obyektlərini hədəf almır.

Bizimyol.info xəbər verir ki, "La Repubblica"ya verdiyi müsahibədə o, hələlik heç bir radioaktiv sızma aşkarlanmadığını təsdiqləyib. "Ümumilikdə, İrana hücumun nüvə obyektlərini hədəf almadığını təsdiqləyə bilərəm", - deyə BAEA rəhbəri qeyd edib.

Qrossi İranın hələ də zənginləşdirilmiş uran saxladığını etiraf edib. "Onun ötən iyun ayında və ya son bir neçə saat ərzində hücumlarda məhv edildiyinə dair heç bir dəlilimiz yoxdur. O, hələ də yeraltı tunellərdə saxlanılır. Lakin son aylarda müfəttişlərimizin İranın nüvə infrastrukturuna fiziki girişi olmayıb", - deyə Qrossi İranın əldə etdiyi zənginləşdirilmiş uranla bağlı məsələyə aydınlıq gətirib.

Onun fikrincə, danışıqlar problemin həlli üçün əsas olaraq qalır, lakin müharibə şəraitində bu mümkün deyil. O, həmçinin agentliyin İran hakimiyyəti ilə birbaşa əlaqəsinin olmamasını qeyd edib. Bütün əlaqələr hazırda yalnız Tehranın Vyanadakı diplomatik nümayəndəliyi vasitəsilə həyata keçirilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »