Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ankara ABŞ-ın Türkiyəyə İrana hücum əmri verdiyi barədə məlumatları təkzib edib
Ankara ABŞ-ın Türkiyəyə İrana hücum əmri verdiyi barədə məlumatları təkzib edib

Türkiyə Prezident Administrasiyası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi ABŞ prezidenti Donald Trampın ölkə rəhbərliyinə İrana hücum əmri verdiyi iddialarını təkzib edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Prezident Administrasiyasının yaydığı bəyanatda qeyd edilib.

"Bəzi sosial mediada Trampın Türkiyəyə İrana hücum əmri verdiyi, Türkiyənin İrana qarşı gizli hərbi planın bir hissəsi olduğu və Türkiyənin İrana qarşı müharibəyə qoşulmaq müqabilində CAATSA sanksiyalarının (Amerikanın Düşmənlərinə Sanksiyalar Vasitəsilə Qarşı Mübarizə Aktı) qaldırılmasını tələb etdiyi iddiaları yalandır. Türkiyə müstəqil və suveren bir dövlət olaraq öz xarici siyasətini müəyyən edir və həyata keçirir, təhlükəsizlik qərarlarını həyata keçirir. Bu məsələ ilə bağlı hər hansı digər iddialar tamamilə əsassızdır", - deyə mərkəz bildirib.

Türkiyəyə qarşı iddialar çərşənbə axşamı beynəlxalq sosial mediada geniş yayılıb.

Türkiyənin xarici işlər naziri Hakan Fidan öz növbəsində İran ətrafındakı böhranla bağlı genişmiqyaslı dezinformasiya kampaniyasına diqqət çəkib. Fidan "TRT Haber"ə açıqlamasında: "Türkiyənin mövqeyi və siyasəti ilə bağlı çox ciddi bir dezinformasiya kampaniyası aparılır. Biz bunu görürük. Bunu milli səviyyədə edənlər var, fərdi, qrup halında edənlər var və terror təşkilatları daxilində edənlər də var. Biz onları izləyirik. Həmçinin bu ictimai rəy formalaşdıran əməliyyatlarda istifadə edilən ritorikanı və arqumentləri də izləyirik", - deyə bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »