Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna Rusiyanın kimyəvi silahlarla bağlı yalanını ifşa edib
Ukrayna Rusiyanın kimyəvi silahlarla bağlı yalanını ifşa edib

Rusiya Ukraynanın guya kimyəvi silahdan istifadə etməsi ilə bağlı saxta iddialarla təbliğat ritorikasını gücləndirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukraynanın Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bu dəfə ittihamlarla Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Kirill Loqvinov çıxış edib. O, Kiyevi Kimyəvi Silahların Qadağan edilməsi Konvensiyasını pozmaqda günahlandırıb. Rusiya tərəfi ənənəvi olaraq iddia edir ki, guya belə faktları qeydə alır və “sübutları” həm Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatına, həm də BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasına təqdim edir.

Mərkəzin məlumatına görə, Ukraynanın qadağan olunmuş maddələrdən istifadə etdiyini təsdiqləyən heç bir ictimai və sübuta yetirilmiş material ortaya qoyulmayıb.

Qeyd olunub ki, bu cür məlumat atışları davamlı informasiya taktikasının tərkib hissəsidir. Moskva beynəlxalq ictimaiyyət qarşısında Ukraynanı nüfuzdan salmaq və müttəfiqlərin etimadını azaltmaq məqsədilə hadisələrin alternativ versiyasını formalaşdırmağa çalışır. Saxta ittihamlarla Rusiya, eyni zamanda, öz hərbçilərinin əməllərindən diqqəti yayındırmağa cəhd edir.

Açıqlamada vurğulanır ki, məhz Rusiya ordusu Ukraynaya qarşı qadağan olunmuş kimyəvi maddələrdən istifadə edir və bu fakt beynəlxalq müşahidəçilər tərəfindən dəfələrlə qeydə alınıb. Rusiya Silahlı Qüvvələrinin bu addımları bir sıra beynəlxalq sanksiyaların tətbiqinə əsas yaradıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »