Serbiya hüquq-mühafizə orqanları prezident Aleksandr Vuçiçə qarşı sui-qəsd cəhdi planlaşdırmaqda şübhəli bilinən iki şəxsi saxlayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.
"Daxili İşlər Nazirliyinin əməkdaşları D.R. (1975-ci il təvəllüdlü) və M.R.-ni (1983-cü il təvəllüdlü) həbs ediblər. Onlar Serbiya Respublikasının konstitusiya quruluşunu zorakılıqla dəyişdirmək və silah əldə etməklə ən yüksək dövlət orqanlarını devirmək üçün sui-qəsddə şübhəli bilinirlər və Serbiya Respublikasının Prezidentinə, onun həyat yoldaşına və uşaqlarına, eləcə də Daxili İşlər Nazirliyinin əməkdaşlarına sui-qəsd cəhdi etməkdə şübhəli bilinirlər", - deyə nazirliyin verdiyi məlumatda qeyd edilir.
Serbiya prezidentinə qarşı sui-qəsd cəhdində şübhəli bilinənlər həbs qətimkan tədbiri seçilib. Cinayət işi Kralyevodakı Ali Prokurorluğa təhvil veriləcək.
Qadir, Bizimyol.info






