Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtini hava limanında qoyub səfərə gedən qadın saxlanılıb
İtini hava limanında qoyub səfərə gedən qadın saxlanılıb

Harry Reid International Airport hava limanında 2 yaşlı “Jet Blue” adlı Goldendoodle cins itini bilet kassasında qoyub gedən qadın saxlanılıb. Hadisə itin uçuş üçün tələb olunan sənədlərinin olmaması səbəbindən təyyarəyə buraxılmamasından sonra baş verib.

Bizimyol.info xəbər verir ki, fevralın 2-də baş verən və təhlükəsizlik kameralarına düşən görüntülərdə qadının iti ilə birlikdə qeydiyyat masasına yaxınlaşdığı, lakin heyvanın “xidmət iti” kimi səyahət etməsi üçün lazım olan sənədləri təqdim edə bilmədiyi görünür.

Minik talonu ala bilməyən qadın itin boyunluğunu bilet kassasına bağlayaraq ərazini tərk edib.

Daxil olan məlumat əsasında hava limanında axtarış aparan polis əməkdaşları qadını minik qapısında aşkar ediblər. Saxlanılarkən əməkdaşlara müqavimət göstərən qadın itin üzərində izləmə cihazı olduğunu bildirib və buna görə onu orada qoymasının problem yaratmadığını, itin yenidən ona qayıdacağını iddia edib.

Las Vegas Nəqliyyat Polis Departmenti sosial şəbəkədə yaydığı açıqlamada belə xəbərdarlıq edib: “Bunu deməyə məcbur qalacağımıza inana bilmirik, amma zəhmət olmasa itinizi hava limanında və ya başqa hər hansı bir yerdə tərk etməyin.”

Hava limanı əməkdaşları və polis tərəfindən nəzarətə götürülən it daha sonra heyvanların mühafizəsi xidmətinə təhvil verilib.

Qanunvericiliyə uyğun olaraq nəzərdə tutulan 10 günlük gözləmə müddətində sahibi tərəfindən geri götürülməyən Jet Blue, “Retriever Rescue of Las Vegas” adlı qeyri-kommersiya təşkilatının himayəsinə verilib.

Təşkilatın yaydığı məlumata görə, Jet Blue hazırda təhlükəsiz şəraitdə, müvəqqəti qoruyucu ailənin yanındadır. Qurum bildirib ki, itin yaşadığı travmadan sonra ona ömürlük sədaqət və təhlükəsizlik təmin edəcək ailənin seçilməsində olduqca həssas davranılacaq.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »