Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bill Gates və dünyanın aparıcı texnologiya liderləri Hindistanda süni intellekt sammitində toplanır
Bill Gates və dünyanın aparıcı texnologiya liderləri Hindistanda süni intellekt sammitində toplanır

Amerikalı iş adamı və "Microsoft"un həmtəsisçisi Bill Gates, 16-20 fevral tarixlərində Yeni Delhidə keçiriləcək süni intellektin təsirinə dair sammitdə iştirak edəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiyada Hindistanın səfiri Vinay Kumar məlumat verib.

Sammit dünya üzrə yüksək vəzifəli şəxsləri, o cümlədən Rusiya hökumətinin nümayəndələrini və texnologiya sahəsinin liderlərini cəlb edəcək. Təşkilatçılar 15-20 hökumət rəhbəri, 50-dən çox beynəlxalq nazir və müxtəlif ölkələrdən və Hindistandan 40-dan çox şirkət rəhbərinin iştirakını gözləyirlər.

Gates ilə yanaşı, tədbirdə "DeepMind"nin baş direktoru və Nobel mükafatı laureatı Demis Hassabis, "Nvidia"nın rəhbəri Censen Xuang, "Google"un baş direktoru Sundar Piçay və "Anthropic"in baş direktoru Dario Amodei də iştirak edəcəklər.

Səfirin qeyd etdiyi kimi, sammitdə süni intellekt sahəsində 500-dən çox startap nümayiş olunacaq və 500-dən çox sessiya keçiriləcək ki, bu da onu "bugünə qədərki ən iri qlobal süni intellekt tədbirlərindən biri" edəcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »