Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş nazir Maskı yeniyetmələrin psixi sağlamlığına zərər vurmaqda ittiham edib
Baş nazir Maskı yeniyetmələrin psixi sağlamlığına zərər vurmaqda ittiham edib

İspaniyanın Baş naziri Pedro Sançes “X” sosial şəbəkəsinin sahibi İlon Maskı yeniyetmələrin psixi sağlamlığına zərər yetirməkdə günahlandırıb.

Bizimyol.info xəbər verir ki, "Bloomberg"in məlumatına görə, o, bu açıqlamanı Madriddə parlamentdə çıxışı zamanı verib.

Sançes bildirib ki, amerikalı milyarder İspaniya qanunvericiliyini pozur.

“Mask İspaniya qanunlarını mütəmadi şəkildə pozan milyarderdir və o, təkcə ümumilikdə cəmiyyətin deyil, həm də ən həssas təbəqələrin – xüsusilə 16 yaşadək gənclərin psixi sağlamlığını məhv edir”, – deyə baş nazir vurğulayıb.

Bundan əlavə, Sançes hesab edir ki, İspaniya hakimiyyəti sosial şəbəkələr üzərində nəzarəti gücləndirməlidir. Onun fikrincə, rəqəmsal platformalar vətəndaşların psixi sağlamlığı hesabına gəlir əldə edir.

Baş nazir bu bəyanatı ölkədə 16 yaşadək uşaqlar üçün sosial şəbəkələrə çıxışın qadağan edilməsi imkanları ilə bağlı Maskla apardığı ictimai müzakirə fonunda səsləndirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »