Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident İlham Əliyev: Davamlı sülhün memarı və qlobal etimad qazanan lider
Prezident İlham Əliyev: Davamlı sülhün memarı və qlobal etimad qazanan lider

2026-cı il fevralın 4-də bir neçə ölkə rəhbərinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi “davamlı sülhü bərqərar edən lider” kimi təbrik etməsi ölkəmizin son illərdə həyata keçirdiyi xarici siyasət kursunun və regional sülh strategiyasının beynəlxalq miqyasda yüksək qiymətləndirildiyini bir daha təsdiqlədi. Bu təbriklər təkcə diplomatik jest deyil, eyni zamanda Azərbaycanın artan beynəlxalq nüfuzunun, cənab Prezident İlham Əliyevin isə etibarlı və məsuliyyətli lider kimi qəbul olunmasının bariz göstəricisidir.

Politoloq Nicat İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son illərdə Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqlar fonunda Azərbaycan sülh gündəliyinin əsas təşəbbüskarı kimi çıxış edir: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfər regionda uzunmüddətli qarşıdurmaya son qoymaq üçün fundamental əsas yaratdı. Lakin hərbi qələbədən sonra ölkə rəhbərliyinin əsas məqsədi revanşist yanaşmalar deyil, dayanıqlı sülh, qarşılıqlı etimad və regional əməkdaşlıq modelinin formalaşdırılması oldu. Bu yanaşma beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirildi və Azərbaycanın konstruktiv mövqeyi qlobal səviyyədə etimad qazandı.

Xarici liderlərin cənab Prezident İlham Əliyevi davamlı qurulması münasibətilə təbrik etməsi Azərbaycanın artıq regional güc mərkəzi olmaqla yanaşı, beynəlxalq sülh təşəbbüslərində etibarlı tərəfdaş kimi qəbul edildiyini göstərir. Bu fakt ölkəmizin yalnız öz milli maraqlarını deyil, həm də regional sabitlik və təhlükəsizliyi ön planda tutduğunu sübut edir. Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsləri real nəticələrə hesablanmış, beynəlxalq hüquq prinsiplərinə əsaslanan və qarşılıqlı fayda modelinə söykənən siyasət nümunəsidir”.

Nicat İsmayılov Nicat İsmayılov

Politoloqun fikrincə, bu açıqlamalar eyni zamanda cənab Prezident İlham Əliyevin apardığı siyasətin qlobal miqyasda məsuliyyətli liderlik nümunəsi kimi qəbul edildiyini sübut edir: “Dövlət başçısının diplomatik çevikliyi, prinsipial mövqeyi və strateji uzaqgörənliyi Azərbaycanın beynəlxalq aləmdə mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Azərbaycanın həm regional, həm də beynəlxalq platformalarda etibarlı tərəfdaş kimi çıxış etməsi cənab Prezident İlham Əliyevin rəhbərlik keyfiyyətlərinin real nəticəsidir.

Xarici ölkə liderlərinin bu cür dəstəyi Azərbaycanın sülh təşəbbüslərinin artıq regionda sabitlik və inkişaf üçün əsas platformaya çevrildiyini deməyə tam əsas verir. Azərbaycan tərəfindən irəli sürülən əməkdaşlıq layihələri, nəqliyyat dəhlizləri, enerji təhlükəsizliyi proqramları, humanitar və mədəni əlaqələrin genişləndirilməsi təşəbbüsləri, sülhün yalnız siyasi deyil, iqtisadi və sosial əsaslarının da möhkəmləndirilməsinə xidmət edir. Bu da bölgədə uzunmüddətli sabitliyin təmin olunması üçün mühüm zəmin yaradır”.

“Beynəlxalq təqdir cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sülh və əməkdaşlıq mərkəzi kimi rolunun daha da güclənməsi üçün yeni imkanlar açır. İlk növbədə, bu, ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığını dərinləşdirir, yeni iqtisadi tərəfdaşlıqların qurulmasına şərait yaradır və regionda aparıcı diplomatik platformaya çevrilməsini stimullaşdırır. Digər tərəfdən, artan etimad Azərbaycanı beynəlxalq münaqişələrin həlli proseslərində vasitəçi və dialoq platforması kimi daha aktiv mövqeyə çıxarır.

Xarici liderlərin bu cür açıqlamaları Azərbaycanın sülh prosesində beynəlxalq legitimliyini də əhəmiyyətli dərəcədə gücləndirir. Bu, ölkəmizin atdığı addımların beynəlxalq hüquqa və ədalət prinsiplərinə əsaslandığını təsdiqləyir. Azərbaycanın təşəbbüsləri birtərəfli maraqlara deyil, regional rifaha və ümumbəşəri dəyərlərə xidmət etdiyindən qlobal miqyasda dəstək qazanır”-deyə politoloq qeyd edib.

“4 fevral 2026-cı il tarixində bir sıra xarici liderlərin cənab Prezident İlham Əliyevi “davamlı sülhü bərqərar edən lider” kimi təbrik etməsi Azərbaycanın beynəlxalq arenada mövqeyinin möhkəmləndiyini, sülh strategiyasının isə qlobal etimad qazandığını açıq şəkildə göstərir. Bu təqdir cənab Prezident İlham Əliyevin uzaqgörən və prinsipial siyasətinin real nəticəsidir. Azərbaycan bu siyasət sayəsində regionda sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın əsas aparıcı qüvvəsinə çevrilməkdədir. Bu da ölkəmizin gələcək illərdə beynəlxalq münasibətlər sistemində daha güclü, daha nüfuzlu və daha təsirli mövqeyə sahib olacağına möhkəm zəmin yaradır”-deyə Nicat İsmayılov bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »