“Prezident İlham Əliyev dörd fevral 2026-cı ildə Abu Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb. Onunla bərabər Ermənistanın baş naziri Paşinyan da həmin mükafata layiq görülüb. Bu mükafat Birləşmiş Ərəb Əmirliklərinin banisi mərhum Şeyx Zayedin adını daşıyan bir mükafatdır.
Birləşmiş Ərəb Əmirlikləri dünyanın ən zəngin və uğurlu ölkələrindən biridir.
Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında normal, yaxşı iqtisadi, diplomatik əlaqələr mövcuddur və ümumiyyətlə, bu bölgədə bu mükafat çox yüksək ali mükafat hesab olunur”.
Bu barədə Bizimyol.info xəbər portalına açıqlamasında Elşad Musayev bildirib ki, mükafat Ermənistanla Azərbaycan arasında uzun sürən müharibədən münaqişədən sonra nəhayət ki, müharibənin bitməsi, sülh danışıqlarının başlaması artıq münasibətlərin getdikcə yaxşılığa doğru inkişaf etdirilməsi dövrünə təsadüf edir.
Elşad Musayev“Mükafat da məhz ona görə verildi ki, bu indiki qarışıq, gərgin dövrdə dünya düzəninin yenidən qurulduğu bir dövrdə, müharibələrin, münaqişələrin olduğu bir dövrdə iki ölkə nəhayət ortaq məxrəcə gələ bildi. Bunun da əsas səbəbi Azərbaycanın bu müharibədə çox inamlı qələbə qazanması idi. Azərbaycan bu bölgənin qalib ölkəsidir”-deyə deputat qeyd edib.
“Uzun illərdir ki, müsəlman ölkələri daim təzyiq altında, işğal altında olub. Qərb ölkələrinin bir basqısı var və burada Azərbaycan nümunə kimi yalnız Ermənistana deyil, həm də Ermənistanın arxasında duran o ciddi xarici qüvvələrə qalib gəldi.
Bu mükafatın Azərbaycan prezidentinə verilməsi təbii bir haldır. Çünki Azərbaycan bölgədə sülh yaradıb. Ermənistan baş nazirinə də, ona görə verildi ki, tərəflərdən biri də Ermənistandır. İstəsə də, istəməsə də, qarşılıqlı surətdə sülh danışıqlarına gedir. Əməkdaşlıq məsələləri regionda sülhün yaradılması məsələsində Azərbaycanla birgə addımlamaq vədi verir. Hələlik neçə müddətdir ki, qan tökülmür, qan-qada da yoxdur. Ona görə də düşünürəm ki, mükafat bu məqsədlə verilib”-deyə Elşad Musayev bildirib.
İradə Cəlil, Bizimyol.info






