Azərbaycanın Cənub Qaz Dəhlizindəki payının bir hissəsinin BƏƏ-nin XRG şirkətinə satılması ölkəmizə davamlı strateji sərmayə və əməkdaşlıq fürsətləri gətirə bilər. Eyni zamanda bu əməkdaşlıq Azərbaycanın dayanıqlı gəlir və regional liderlik mövqeyini möhkəmləndirməsi üçün mühüm addım hesab olunur. BƏƏ ilə münasibətlərin möhkəmlənməsi istiqamətində də bu layihənin böyük rolunun olacağımistisna edilmir.
Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər yeni mərhələyə keçib: “Bu, özünü xüsusilə hərbi və iqtisadi müstəvidə, parlament səviyyəsində biruzə edir. Artıq Azərbaycan Prezidenti cənab İlham Əliyev də Ərəb Əmirliklərinə səfər etdi. BƏƏ ilə Azərbaycan arasında yeni layihələr həyata keçirilir. Xüsusilə, yaşıl enerji sahəsində tərəfdaşlıq, hərbi əməkdaşlıq və s. Göründüyü kimi, iki dövlət ikitərəfli münasibətləri artıq strateji səviyyəyə qaldırır. Cənubi Qaz Dəhlizində Birləşmiş Ərəb Əmirliklərinin payının olması ilə bu ölkə artıq öz təsir coğrafiyasını da genişləndirir. Yaxın Şərqdə də söz sahibidir. İqtisadi imkanları geniş olan BƏƏ hərbi müstəvidə özü üçün yeni bir müttəfiqlər qazanır. Məhz, Azərbaycanla da bu müstəvidə əməkdaşlıqda maraqlıdır”.
Məhəmməd ƏsədullazadəPolitoloq hesab edir ki, BƏƏ ilə Azərbaycan arasında əlaqələr, həmçinin Cənub Qaz Dəhlizində Birləşmiş Ərəb Əmirliklərinin payı olması, regionda yeni bir siyasi-iqtisadi transformasiyadır. Məhəmməd Əsədullazadənin fikrincə, həmçinin Avropa İttifaqı da bu məsələyə razılığını verəcək, çünki Cənub Qaz Dəhlizi məhz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və regional siyasi balansa ciddi təsir edir.
“Azərbaycanın yeni müttəfiqidir. Bu müttəfiq də Yaxın Şərqdə söz sahibidir. Beynəlxalq maliyyə sistemində də sülh sahibidir”-deyən politoloq hesab edir ki, xarici dövlət şirkətinin layihə daxil olması hər hansı bir riskə gətirib çıxarmır, çünki BƏƏ bir çox hallarda beynəlxalq oyunçudur və Azərbaycan etibarlı bir müttəfiqlə münasibətlərini inkişaf etdirəcək.
İradə Cəlil, Bizimyol.info






