Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İran zənginləşdirilmiş olan ehtiyatlarının ölkədən çıxarılmasına razı olmasa, danışıqlar prosesini özü üçün çətinləşdirəcək"
"İran zənginləşdirilmiş olan ehtiyatlarının ölkədən çıxarılmasına razı olmasa, danışıqlar prosesini özü üçün çətinləşdirəcək"

İranın zənginləşdirilmiş uran ehtiyatlarının Türkiyə və ya Rusiyaya daşınması ehtimalı beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradır. Bu addım regionda təhlükəsizlik və geosiyasi gərginliyi artıra bilər. Çünki uranın hərəkəti nüvə nəzarəti və beynəlxalq protokollar baxımından həssas məsələdir. Türkiyə mediası Ankaranın diplomatik təşəbbüs çərçivəsində uranın saxlanmasını təklif etdiyini bildirir, lakin İran rəsmiləri bu variantın gündəmdə olmadığını açıqlayıb.

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İran və Amerika Birləşmiş Ştatları arasında yaranmış vəziyyət kifayət qədər gərgin və risklidir.

Oqtay Qasımov Oqtay Qasımov

“ABŞ-nin İran qarşısında irəli sürdüyü dörd tələb dəyişməz olaraq qalmaqdadır. Bu tələblərdən biri də İranın zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılması, onun ya beynəlxalq nəzarətə verilməsi, ya da üçüncü bir ölkəyə daşınmasını nəzərdə tutur. Xatırlatmaq lazımdır ki, bu məsələ hələ 2015-ci ildə İran və altılıq ölkələri arasında əldə olunmuş razılaşmalarda da müzakirə olunmuşdu və o zaman da təklif olunurdu ki, bu ehtiyatlar üçüncü ölkə olaraq Rusiyanın saxlancına verilsin və İran da prinsipcə o zaman buna etiraz etmirdi. Hazırda İran tərəfi bu məsələ ilə bağlı birmənalı mövqe sərgiləməyə çalışır və buna razılıq vermək istəmir. Belə olacağı halda, əgər İran zənginləşdirilmiş olan ehtiyatlarının ölkədən çıxarılmasına razı olmasa, əlbəttə ki, bu danışıqlarda kifayət qədər gərgin vəziyyət yaradacaq”-deyə politoloq qeyd edib.

Oqtay Qasımov bildirib ki, ABŞ-nin irəli sürdüyü dörd tələb əsas tələbdən biri də məhz budur, çünki zənginləşdirilmiş uran ehtiyatları İrana gələcəkdə nüvə silahı yaratmaq imkanları da verə bilər, bu baxımdan bu məsələdə razılğa gəlib.

“Uranın ölkədən çıxarılacağı təqdirdə, ölkədən çıxarılacaq uranın daşınacağı ölkələrdən biri kimi də Türkiyənin adı keçməkdədir və Türkiyə bu məsələyə razıdır. Türkiyənin bu məsələyə razı olmasının əsas səbəblərindən biri də ondan ibarətdir ki, Türkiyə regionda aktiv rol oynayan bir ölkədir və məhz, İranla danışıqlarda əsas vasitəçilik onun üzərinə düşüb. Əgər belə bir hadisə baş verəcəksə və uran ehtiyatları Türkiyəyə daşınacaqsa, bu, Türkiyənin regional rolunu artıracaq”-deyə politoloq Türkiyə üçün hansısa risklərin olacağını düşünmür və bu, sadəcə olaraq potensialının güclənməsi istiqamətində bir addım olacaq.

Rusiyanın bu məsələ ilə bağlı mövqeyi haqda poltoloq bildirib ki, Rusiyanın Ukrayna savaşından dolayı dünya ölkələri ilə hazırda çox da yaxşı münasibətləri yoxdur: “Xüsusilə də Qərblə münasibətləri gərgindir. Rusiya yaranmış vəziyyətdən istifadə edərək uran ehtiyatlarını özündə saxlamaqla, öz geostrateji maraqlarını təmin etmək və təsir imkanlarını artırmaq barədə düşünür”.

  • Qərb buna razı olacaqmı?

Politoloq bildirib ki, bu ayrıca bir mövzudur: “Düşünürəm ki, Avropa ölkələri buna çox da məmnun olmayacaqlar. Amma Amerika Birləşmiş Ştatları prinsiplər buna razı ola bilər. Donald Tramp bu razılığı verə bilər”...

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »