Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"ABŞ Ukraynanı dəstəkləməkdən imtina edərsə, Ukrayna nəinki Donbası itirər, digər əraziləri də işğal oluna bilər"
"ABŞ Ukraynanı dəstəkləməkdən imtina edərsə, Ukrayna nəinki Donbası itirər, digər əraziləri də işğal oluna bilər"

Tramp administrasiyası Ukraynaya açıq şəkildə bildirib ki, ABŞ təhlükəsizlik zəmanətləri Kiyevin Donbasın Rusiyaya təhvil verilməsini nəzərdə tutan sülh sazişinə razılaşmasından asılıdır. Financial Times qəzetinin iki mənbəsinə görə, əgər Ukrayna qoşunlarını Donbasdan çıxarmağa razı olarsa, Vaşinqton da sülh dövründə Ukrayna Silahlı Qüvvələrini gücləndirmək üçün Ukraynaya daha çox silah verməyə hazırdır.

Ukrayna və Avropa rəsmiləri ABŞ-ın mövqeyini Kiyevə təzyiq cəhdi adlandırıblar. Ukraynanın yüksək vəzifəli rəsmisinin sözlərinə görə, ABŞ "hər dəfə təhlükəsizlik zəmanətləri imzalamağa gəldikdə dayanır" və Ağ Evin öhdəlik götürüb-qoymayacağı getdikcə daha aydın deyil.

Eyni zamanda, ABŞ-nin mövqeyi ilə tanış olan bir mənbə Vaşinqtonun "Ukraynaya heç bir ərazi güzəşti tətbiq etməyə çalışmadığını" israr edir. Bu mənbəyə görə, ABŞ təhlükəsizlik zəmanətlərinin hər iki tərəfin sülh müqaviləsinə razılaşmasından asılı olduğunu, lakin onun məzmununun "Rusiya və Ukraynanın məsələsi" olduğunu bildirib.

Ağ Evin mətbuat katibinin müavini Anna Kelli ABŞ-nin Ukraynaya qarşı tələbləri ilə bağlı məlumatları "tamamilə yalan" adlandırdı.

  • Ukrayna Donbasdan imtina edə bilərmi?

Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bununla bağlı danışıqlar aparılır, çünki ABŞ prezidenti Donald Tramp müharibəni bitirmək istəyir, bu səbəbdən də həm Rusiyaya, həm də Ukraynaya təzyiqlər edir. Politoloqun fikrincə, burada əsas məsələ Donbasın işğal olunmamış torpaqlarının Rusiyaya verilməsidir, çünki Rusiya da qətiyyətlə Donbası istəyir və əvəzində digər yerlərdən çıxacağını bildirir.

Elşad Həsənov Elşad Həsənov

“Müharibə elə Donbas üzərindədir. Çünki Donbasda olan nadir yeraltı metalların dəyəri 11 trilyon dollar məbləğində hesablanır. Ukrayna ordusu Pakrovskda, Kupyanskda rusları sıxışdırır, onları məhv edir və o əraziləri işğaldan azad etməyə çalışır. Zelenski həmin torpaqları, həmçinin Donbası verməkdən imtina edir. Təbii ki, Zelenskinin ölkə ərazisindən torpaq verməsi üçün heç səlahiyyəti də yoxdur. Bunu ancaq Konstitusiya ilə, referendum yolu ilə həll etmək mümkündür”-deyə politoloq qeyd edib.

Elşad Həsənov vurğulayıb ki, məhz buna görə, Ukraynanın yenidən qurulması üçün 800 milyard avro ayrılacaq.

Politoloq vurğulayıb ki, sülh çox çətin proses, çətin məsələdir: Zelenski də öz taleyini nəzərə alaraq, buna razılıq vermir. Ukraynanın başqa yolu yoxdur. Çünki ABŞ Ukraynanı dəstəkləməkdən imtina edərsə, o zaman Ukrayna nəinki Donbası itirər, digər əraziləri də işğal oluna bilər.

Rusiya Ukraynadan dəfələrlə böyükdür, böyük ehtiyatları var. Bu dörd illik müharibədən sonra Rusiya iqtisadiyyatı çökmək üzrədir. Ukrayna isə Amerikanın Avropanın dəstəyi ilə ayaqdadır. Bu dəstək kəsilərsə, Ukraynanın daha böyük şəhərləri də işğal altına düşə bilər. Ukrayna Donbasdan imtina etməlidir”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »