Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"ABŞ-nin Qrenlandiyanı ilhaq etməsi NATO-nun parçalanmasına və Rusiya-Çin "ittifaq"ının qələbəsinə səbəb olardı"
"ABŞ-nin Qrenlandiyanı ilhaq etməsi NATO-nun parçalanmasına və Rusiya-Çin "ittifaq"ının qələbəsinə səbəb olardı"

Davosda keçirilən Dünya İqtisadi Forumunda ABŞ prezidenti Qrenlandiyanı almaq üçün təklif hazırladığını açıqladı. "Yalnız ABŞ bu geniş ərazini, bu nəhəng buz parçasını qoruya, inkişaf etdirə, təkmilləşdirə və Avropa üçün, eləcə də bizim üçün faydalı və təhlükəsiz edə bilər", - deyə Donald Tramp izah etdi. ABŞ Geoloji Tədqiqatının məlumatına görə, Qrenlandiya nadir torpaq elementləri ehtiyatlarına görə dünyada səkkizinci yerdədir. Adanın yeraltı sərvətləri həmçinin neft, uran, qızıl və mislə zəngindir - yüksək texnologiya və müdafiə sektoru üçün vacib olan ehtiyatlar. Bununla belə, mindən çox təsdiqlənmiş yataqda mədənçilik fəaliyyəti demək olar ki, mövcud deyil: ərazinin yalnız 20%-i buzsuzdur. Adada mədənçiliyin inkişafı Çinin nadir torpaq metalları üzərindəki inhisarını zəiflədə bilər. Trampın keçmiş milli təhlükəsizlik müşaviri Mayk Uolts 2024-cü ilin yanvar ayında təbii sərvətlərin prezident administrasiyasının diqqət mərkəzində olduğunu irəli sürmüşdü. Tramp Qrenlandiyanı ABŞ təhlükəsizliyi üçün "həyati" adlandırıb.

Ada Şimali Amerika ilə Avropa arasında yerləşir. Qrenlandiyanın yeri ABŞ raketdən müdafiə sistemi üçün çox vacibdir, çünki orada Pituffikdəki ABŞ hərbi bazası yerləşir. Qrenlandiya həmçinin NATO-nun Şimali Atlantikada Rusiya dəniz qüvvələrinin hərəkətlərini izlədiyi Qrenlandiya-İslandiya-Birləşmiş Krallıq (GIUK) dəhlizinin bir hissəsinə bitişikdir.

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ-nin Qrelandiyaya qarşı siyasəti göründüyü kimi artıq məsələ öz həllini tapıb: “Təbii ki, Avropa ölkələri Qrenlandiyanı Amerikadan qorumaq üçün ora hərbi kontingent göndərib və sonradan əsgərlər geri qayıdıb. Çünki Avropa İttifaqı Qrenlandiyanı ABŞ-a güzəştə getsə də, ABŞ-nin Qrenlandiyanı ilhaq etməsi NATO-nun parçalanmasına və Rusiya-Çin "ittifaq"ının qalib gəlməsinə səbəb olardı.

DAVOS sammitində NATO-nun baş katibi ilə ABŞ prezidenti arasında keçirilən görüşlərdə bu məsələ artıq müsbət həll olundu. Əgər ABŞ Qrenlandiyanı yenidən ilhaq etməyə çalışsa, Avropa ölkələri çox ciddi addımlar ata bilər. Fransa, Almaniya, Böyük Britaniya, Danimarka ilə ticari iqtisadi əlaqələr tamamilə kəsilə bilər”.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

Məhəmməd Əsədullazadə qeyd edib ki, Donald Trampın Avropaya "hücum" səfəri nümayiş etdirməsi Vaşinqton üçün ciddi nəticələrə gətirib çıxara bilər. Politoloq  bildirib ki, həm ABŞ xalqı, həm də Qrenlandiya xalqı Donald Trampın bu siyasətini dəstəkləmirdi: “Təkcə Çin və Rusiya bu prosesdə maraqlı idi, hətta sevinirdi. Düşünürəm ki, artıq məsələ həll olunub və tərəflər birgə həll yolu orta məxrəcə gələcək”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »