Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynada hava həyəcanı fonunda Polşa qırıcılarını havaya qaldırıb
Ukraynada hava həyəcanı fonunda Polşa qırıcılarını havaya qaldırıb

Ukraynada hava həyəcanı elan edildiyi zaman Polşa Rusiyanın aviasiya fəallığı ilə bağlı olaraq növbətçi qırıcı cütlərini havaya qaldırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Polşa ordusunun Operativ Komandanlığı məlumat yayıb.

Komandanlığın "X" (keçmiş Twitter) platformasında dərc etdiyi açıqlamada bildirilir ki, Rusiya Federasiyasının uzaqmənzilli aviasiyasının Ukrayna ərazisinə zərbələr endirməsi ilə əlaqədar olaraq Polşanın hava məkanında hərbi aviasiya fəaliyyətə başlayıb. Polşa Silahlı Qüvvələrinin qırıcıları əməliyyatlara cəlb edilib, yerüstü hava hücumundan müdafiə sistemləri və radiolokasiya kəşfiyyatı tam hazırlıq vəziyyətinə gətirilib.

Polşa hərbçilərinin bildirdiyinə görə, görülən tədbirlər qabaqlayıcı xarakter daşıyır və xüsusilə risk zonalarına yaxın ərazilərdə hava məkanının təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsinə yönəlib.

Qeyd edək ki, dekabrın 27-nə keçən gecə Ukraynanın bütün ərazisində hava həyəcanı elan olunub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »