Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycanın vətəndaşlıq hüququ tanımasına baxmayaraq, ermənilər Qarabağı könüllü şəkildə tərk ediblər"
"Azərbaycanın vətəndaşlıq hüququ tanımasına baxmayaraq, ermənilər Qarabağı könüllü şəkildə tərk ediblər"

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Aİ Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Brüsseldə olub. Dekabrın 2-də Ermənistan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq gündəliyi imzalanıb. Rəsmi Bakı Brüsseldə imzalanmış sənədə Bakı ciddi etiraz edib. XİN-in yaydığı bəyanatda sənəd “postmünaqişə dövründə reallıqları təhrif edən və bütövlükdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə zidd” qiymətləndirilib.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Brüsseldə imzalanan Avropa İttifaqı ilə Ermənistan arasında Strateji tərəfdaşlığın yeni imkanları, yeni gündəliyi mövzusunda tərtib olunan sənəddə “Dağlıq Qarabağdan didərgin düşmüş ermənilər” ifadəsi işlədir, eyni zamanda “Dağlıq Qarabağ” ifadəsi işlədir.

Hikmət Babaoğlu Hikmət Babaoğlu

“Azərbaycanın etiraz etdiyi məsələ bundan ibarətdir. Çünki bu cür ifadələr münaqişəni xatırlatmaqla, həm də Azərbaycanı zorakı tərəf kimi göstərməyə çağırışı göstərmiş olur. Azərbaycanın onlara vətəndaşlıq hüququ tanımasına baxmayaraq, Qarabağ erməniləri Azərbaycanı könüllü şəkildə tərk ediblər. Buna görə də diplomatik mətndə bu cür ifadələr işlədilən zaman bu, əlbəttə ki, sülh ruhuna uyğun gəlmir. Üstəlik də Ermənistan və Azərbaycan arasındakı indiki münasibətlərin ruhuna uyğun gəlmir. Mənə elə gəlir ki, belə bir mətnin tərtib olunmasında Ermənistanın vəErmənistan diplomatiyasının nə qədər günahı varsa, bir o qədər də Avropa diplomatiya sahəsinin günahı var. Çünki avropalılar həmişə selektiv və ikiüzlü diplomatiya həyata keçiriblər. Azərbaycan da buna etiraz edir”-deyə deputat qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »