Vətəndaşlarımızdan biri “Facebook” sosial şəbəkəsində tıxacın qarşısının alınması barədə post paylaşıb. O, bildirib ki, belə edilsə, tıxacın azalmasının qarşısı 20 % alınar: “2 gün səhər saat 8-də ard arda Xaçmaza getdim, axşam geri döndüm. Səhərlər gediş yolu tamamilə boş, gəliş yolu keçmiş Qafqaz universitetindən başlayaraq tıxac olur. Təklif edirəm ki səhərlər Bakı, axşamlar Sumqayıt istiqamətinə qarşı yolun bir zolağı (Qafqaz universitetinin yanından Şamaxinkaya qədər) 2 saatlıq istifadəyə verilsin. Avtobus zolağı isə 07:30-10:30 və 17:30-20-30 saat aralığında istifadəyə verilsin. Tıxacın azalmasına ən az 20 faiz təsir edəcək”.
Məsələ ilə bağlı Bizimyol.info xəbəro portalına nəqliyyat məsələləri üzrə eksperti Eldəniz Cəfərov bildirib ki, müvafiq qurumlar bunu texnologiyaların köməyilə sınaqdan keçirə bilərlər.
Eldəniz Cəfər"Hər bir vətəndaş təklif verməkdə sərbəstdir və bu, əslində, cəmiyyətin fəallığının göstəricisidir. Lakin hər hansı bir dəyişikliyin effektiv olub-olmayacağını aidiyyəti qurumlar müəyyənləşdirir. Hazırda biz bu dəyişikliklərin səmərəli olub-olmayacağı barədə konkret fikir bildirə bilmərik. Bunun üçün müəyyən simulyasiyalara ehtiyac var və müvafiq qurumlar bunu texnologiyaların köməyi ilə sınaqdan keçirə bilərlər"-deyə Eldəniz Cəfərov qeyd edib.
Günel Həsənova, Bizimyol.info






