Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Futbol xoşbəxtliyi...
Futbol xoşbəxtliyi...

Azərbaycan idmançıları, xüsusilə "Qarabağ" FK qalib gələndə eyforiyaya qapılmaq, uduzanda apatiyaya düşmək mənlik deyil. Mən futbolu müntəzəm izləmirəm, baxanda da futbol sanki incəsənət imiş kimi baxıram. Kim yüksək "ayaq sənəti" nümayiş etdirirsə, ondan həzz alıram. Tənqid və ya təqdir etmədən.

Mən hesab etmirəm ki, Azərbaycanda futbolun olması xoşbəxtlik, olmaması bədbəxtlikdir. Bu məsələyə öz fərdi, çoxlarından fərqli baxışım var. Məni məsələn maraqlandırır: yeni il üçün qəbul edilmiş büdcə paketi Azərbaycanın qələbəsidir, yoxsa yox?! Biz xalq əkib-becərdiyimiz kənd təsərrüfatı məhsullarını xarici ölkələrə sərfəli qiymətə çıxarıb ölkə olaraq qazanc əldə edəcəyik, yoxsa zərər görəcəyik?! Biz çox ixracı artırıb uğur qazanacağıq, yoxsa idxalı çoxaldıb uğursuzluğu davam etdirəcəyik?! Biz güləşçiyiksə, yoxsulluğu neçə yıxacağıq, boksçuyuqsa, işsizliyə necə zərbə vuracağıq, futbolçuyuqsa, korrupsiyanın qapısına neçə top vuracağıq?! Xalqımız, dövlətimiz beynəlxalq siyasətin ali, yoxsa aşağı liqsındadır?! "Biz neçə qolun sevincini yaşayırıq" yox, necə yaşayırıq?!

Bizə futbol xoşbəxtliyi bəs edir, yaxud başqa hədəflərə köklənməliyik?!

Budur, məsələ.

Yoxsa...

Nə isə.

İnciməyin.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info
Son xəbərlər
Bütün xəbərlər »