Azərbaycanda işsizlik problemi ölkənin sosial-iqtisadi gündəmində mühüm yer tutur. Bu problem təkcə statistik göstəricilərlə yox, həm də əhalinin gündəlik həyatına və sosial sabitliyə təsir edən ciddi bir məsələdir.
- Azərbaycanda işsizlik səviyyəsi barədə nə deyə bilərsiniz?
- Ən yüksək işsizlik faizi hansı sosial və yaş qrupunda müşahidə olunur?
- Bu göstəricinin əsas səbəbləri nələrdir və işsizlik probleminin azaldılması üçün hansı real addımlar atılmalıdır?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına iqtisadçı Pərviz Heydərov bildirib ki, işsizlik inkişaf etmiş ölkələrdə də var.
Pərviz Heydərov“Azərbaycanda işsizlik faizinin aşağı olması fikri düzgün deyil. İşsizlik hər yerdə var. Hətta inkişaf etmiş ölkələrin özündə də işsizlik problemi mövcuddur. Elə bil ölçü yoxdur ki, inkişaf etmiş bir ölkə olaraq bu problemi tam aradan qaldırsın. Çünki bu, mümkün olan bir şey deyil. Əmək qabiliyyətli əhalinin müəyyən bir hissəsinin qeyri-məşğul olması normal və varlıq xarakteri daşıyır. Lakin bu səviyyə mümkün qədər aşağı həddə saxlanmalıdır.
İnkişaf etmiş ölkələrdə işsizlik səviyyəsi adətən 5, maksimum 6 faiz təşkil edir. Hətta bəzi ölkələrdə bu göstərici 2-3 faizdən yuxarı rəqəm qeydə alınanda bu, ciddi problem kimi qiymətləndirilir.
Azərbaycanda problem odur ki, əmək qabiliyyətli əhalinin dəqiq sayı məşğul əhalinin sayı arasında fərq ümumiyyətlə, hər iki göstərici üzrə konkret rəqəm dəqiq məlum deyil. Çünki bu sahədə dəqiq uçot aparmaq özü mümkün deyil. Son 5 ildir, 2019-cu ildən üzü bəri ölkədə biz əmək müqavilələrinin sayını birdən-birə nə qədər çox artdığını nəzərə alsaq, bu sahədə açot-uçot dəqiq hesablama mövcud olmadığını aşkar görə bilərik. Məsələn; 2019-cu ildən bu yana hansı ölkədə 5 sosial islahat paketi həyata keçirilmişdir. Nəticədə 2019-cu ildə vergi dəyişiklikləri, Vergi Məcəlləsinin 300-dən çox dəyişikliklər edilməsi nəticəsində yaranan müvafiq şəraitin hesabına gizli əmək müqavilələrinin üzə çıxarılması, araşdırılması, leqallaşdırılması prosesi getmişdir. Bu sahədə qeydə alınan rəqəm heç də ona dəlalət etmir ki, son 5 ildir bu qədər ölkədə iş yerləri açılmışdır və əmək müqavilələri sayı da məhz buna görə artmışdır, xeyr. Son 5 ildə əmək müqavilələrinin sayının artması tendensiyası heç də ölkələdə son 5 ildə göstərilən rəqəm səviyyəsində əmək müqavilələrinin əhalinin məşğulluğunda artdığına genişləndiyini sübut etmir. Yəni bunu əxz etmir, göstərmir. Bu sadəcə məşğulluğun üzə çıxarılması prosesi göstərir ki, həm bu nöqteyi nəzərdən, həm iş yerlərinin yaradılması yolu ilə biz ölkədə işsizliyin həqiqi dəqiq səviyyəsini müəyyən edə bilərik. Hal-hazırda 5 %-dən bir az yuxarı rəsmi olaraq nəzərdə tutulub ki, guya ölkədə işsizlik mövcuddur. Amma bu rəqəm o qədər də ciddi xarakter daşımır. Həqiqətən belə olsaydı, yəni ölkədə işsizlik 5 % civarında mövcud olsaydı, bu iqtisadiyyat üçün elə təhlükəli xarakter daşımazdı. Amma həqiqətdə belə deyil.
Bir daha qeyd etmək istərdim ki, əmək qabiliyyətli əhalinin dəqiq sahələr üzrə bölgüsü ilə məşğul əhalinin tam uçotu arasında ciddi uyğunsuzluq mövcuddur. Ümumilikdə, bu sahədə statistik hesabatlarda şəffaflıq və dəqiqlik problemləri var. İşsizliyin azaldılması üçün əsas addımlardan biri qeyri-rəsmi məşğulluğun leqallaşdırılması, digəri yeni iş yerlərinin yaradılmasıdır. Lakin ümumilikdə işsizliyi tamamilə aradan qaldırmaq real deyil”-deyə Pərviz Heydərov qeyd edib.
Günel Həsənova, Bizimyol.info






