Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Dil təkcə danışıq vasitəsi deyil, həm də böyük qüdrət vasitəsidir, dili olmayan millətin qüdrəti olmaz" - Video
"Dil təkcə danışıq vasitəsi deyil, həm də böyük qüdrət vasitəsidir, dili olmayan millətin qüdrəti olmaz" - Video

“Prezident İlham Əliyevin Azərbaycan dilini müdafiə etməsi ilə bağlı fikirləri çox əhəmiyyətlidir. Özbəkistanın Səmərqənd şəhərində UNESCO-nun iclasında 15 dekabrda dünyada türk dilləri ailəsinin beynəlxalq gün elan olunması bizim üçün çox ümid yaradır. Cənubi Azərbaycanda azərbaycanlılar hiss edilər ki, Azərbaycan dilinin sahibi var, aradan gedə bilməz. Onu qoruyan var. Həm Şimali Azərbaycanda, həm də dünyada bu dilə sahib çıxan var”.

Bu barədə Bizimyol.info xəbər portalına Cənubi Azərbaycanlı siyasi şərhçi Maşallah Rəzmi danışıb. Siyasi şərhçi vurğulayıb ki, dil təkcə danışmaq üçün vasitə deyil, dil eyni zamanda böyük qüdrət vasitəsidir və dili olmayan millətin qüdrəti ola bilməz.

Maşallah Rəzmi Maşallah Rəzmi

“İranda tarix boyu din davası olub. Pəhləvi höküməti 1925-ci ildə farsları qüdrətləndirdi və türk dilinin məktəblərdə keçirilməsinin, yazılmasının, oxunmasının, danışılmasının qarşısını aldı. Pəhləvi höküməti çalışdı ki, türk dili gündəlik danışıq dilinə çevrilsin, türk dilinin kitabı olmasın, elmi bir əsası olmasın. 100 ildir ki, bu məsələ bizi təsiri altında saxlayıb. Amma bu müddətdə azərbaycanlılar öz dillərini müdafiə etməyə çalışıblar”-deyə Maşallah Rəzmi qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »