Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gildən hazırlanmış çən, küp, səhəng, küzə, bardaq, sürahi, dolça... Suyu qorumaq "tarixi" ənənədir - Video
Gildən hazırlanmış çən, küp, səhəng, küzə, bardaq, sürahi, dolça... Suyu qorumaq "tarixi" ənənədir - Video

Su insan üçün çox vacibdir. Bəşəriyyətin mövcudluğundan bəri insanlar suyu uzun müddət saxlamaq üçün müxtəlif çənlərdən istifadə ediblər.

Qədim dövrlərdə su saxlamaq üçün əsasən təbii materiallardan istifadə edilirdi. Gil və saxsı çənlər, küplər, səhənglər, küzə, bardaq, sürahi, dolça və s. bu kimi qablardan su saxlamaqüçün istifadə edilib. Gildən hazırlanmış böyük çənlər suyu daha soyuq saxlayırdı. Daş çəlləklər, quyular, sarnıçlar isə suyun daha uzun müddət və keyfiyyətli saxlanılması üçün əhəmiyyətli idi. Bununla yanaşı, dəridən hazırlanmış çənlərdən də istifadə edilirdi.

Bu gün suyun təhlükəsiz şəkildə saxlanılması üçün də daş hovuzlardan istifadə edilir. Qədim dövrlərdə istifadə olunan su çənləri günümüzə qədər gəlib çatıb. İri sal daşların içi ovulur və böyük çən formasına salınırdı. Və zaman keçdikcə daş aşınır, daha da dərinləşirdi. Daş çənlər suyu həm də sərin, duru, təmiz saxlayırdı.

Arxeoloji qazıntılar zamanı da aşkar olunan çənlər insanların qədim dövrlərdə daha çox daş çənlərə üstünlük verdiyindən xəbər verir. Belə daş çənlər qalalarda, muzeylərdə sərgilənir. Yanardağ qoruğunda da çox sayda belə çənlər nümayiş etdirilir. Keçmişdən qalan bu çənlər insanlara tarixi mədəni irsi unutdurmur.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »