2024-cü ilin yekunlarına əsasən, yığım səviyyəsi təxminən 85 % təşkil edib. Əlbəttə, ideal göstərici 100 % olmalıdır, lakin sosial baxımdan həssas olan təbəqələrin də imkanları nəzərə alındıqda 85 %-lik nəticə qənaətbəxş hesab olunur.
Bunu "Azəristiliktəchizat"ın sədri İlham Mirzəliyev bildirib.
Onun sözlərinə görə, "Azəriqaz" İstehsalat Birliyinə əvvəlki illərdən qalan borcu təxminən 35 milyon manat təşkil edir. "2025-ci ildə səhmdar cəmiyyətinin istifadə etdiyi təbii qazın dəyərinin 91 %-i artıq ödənilib. Bu, qiymət artımından əvvəl, əvvəlki illərdə formalaşmış borcdur. Cari ildə isə yeni borcun yaranması gözlənilmir", - deyə Mirzəyev bildirib.
Sədr qeyd edib ki, artıq "Azəriqaz"la birgə borcların inventarizasiyası aparılıb və 35 milyon manat məbləğində borcun rəsmi şəkildə təsdiqlənməsi başa çatıb: "Bu ilin sonuna qədər 33 milyon kubmetr təbii qaz istifadə etməyi və onun dəyərini tam şəkildə ödəməyi planlaşdırırıq".
İ. Mirzəliyev vurğulayıb ki, rəhbərlik etdiyi qurumun "Azəriqaz"a borc məsələsi son iki ildə praktiki olaraq gündəmdə deyil: "Tarif artımı nəticəsində gəlirlərimizin artması "Azəriqaz" qarşısında öhdəliklərimizi tam yerinə yetirməyə imkan yaradacaq. Xərclərimizin təxminən 60 %-i qazla bağlıdır. Artıq "Azəriqaz"la müzakirələr aparılıb, razılaşma protokolu imzalanıb və öhdəliklər götürülüb. İnanırıq ki, 2025-ci ildə ilk dəfə olaraq "Azəristiliktəchizat" istehlak etdiyi təbii qazın dəyərini tam, yəni 100 % həcmdə ödəyə biləcək".
"2025-ci ildə istifadə etdiyimiz təbii qazın dəyərinin 91 %-i artıq ödənilib. Hazırda "Azəriqaz"a əvvəlki illərdən qalan borcumuz təxminən 35 milyon manatdır. Bu, qiymət artımından əvvəl, əvvəlki illərdə formalaşmış borcdur. Cari ildə isə yeni borcun yaranması gözlənilmir. Biz artıq "Azəriqaz"la birgə borcların inventarizasiyasını aparmışıq və 35 milyon manat məbləğində borcun rəsmi şəkildə təsdiqlənməsi başa çatıb. Bu ilin sonuna qədər 33 milyon kubmetr təbii qaz istifadə etməyi və onun dəyərini tam şəkildə ödəməyi planlaşdırırıq", - deyə o qeyd edib.
Buzunyol.info






