Yayım sahəsi Türkiyə və Azərbaycan olan CNBC-e (Consumer News and Business Channel-e) (İstehsalçı xəbərləri və biznes kanalı-e) kanalında Honq-Konq birjasında səhmlərin aprel ayından bəri ən kəskin enişini qeyd edərək, 8,7 %-ə qədər gerilədiyi bildirilib. Səhmlərin aşağı düşməsi Çin sosial mediasında Çenqdu şəhərində yanan Xiaomi SU7 sedanının görüntüləri və videousu yayıldıqdan sonra baş verib. Beləliklə, Çin sosial mediasında Çenqduda yanan Xiaomi SU7 sedanının şəkilləri və videosundan sonra Honq-Konqda səhmlər 8,7% -ə qədər ucuzlaşıb. Şahidlərin ifadələrinə görə yanan avtomobilin qapılarını açmağa çalışsalar da, sərnişini xilas edə bilməyiblər. Sonda əməkdaşlar alovun söndürülməsi üçün yanğınsöndürəndən istifadə ediblər. Çenqdu polisi bildirib ki, qəza SU7-nin başqa sedanla toqquşmasından sonra baş verib və nəticədə sərxoş vəziyyətdə avtomobil idarə edən 31 yaşlı kişi sürücü həlak olub.
Ölkəmizdə bu model satışdadırmı? Bu texniki xəta problemi buradakı maşında da yaşanırmı? Bu hadisə şirkətin ölkəmizdəki bazar qiymətinə təsir edibmi və ya edəcəkmi?
Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında Azərbaycan Avtomobil Dilerlər İdarə Assosiasiyasının (AADA) İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib ki, bu markanın qeyd olunan modelinə aid avtomobillər çox məhdud sayda satılıb.
Eyyub Əliyev"Qeyd etdiyiniz Xiaomi'nin SU7 markalı avtomobil ölkəmizdə satışda yoxdur. Onun rəsmi distribütoru yoxdur. Bu maşın modeli qeyri-rəsmi xətlə gəlib, o da çox sayda deyil və məhdud sayda maşın satılıb.
Belə hallar olduqda, əlbəttə ki, bu nöqsanlar markanın imicinə birbaşa təsir göstərir. Nəinki səhmlərin aşağı düşməsinə, ümumiyyətlə, bazardakı satış mövqeyinə birbaşa təsir göstərən amillərdir”.
Günel Həsənova, Bizimyol.info






