Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Filippinlərdə 7.6 bal gücündə zəlzələ – Tsunami təhlükəsi ləğv edildi
Filippinlərdə 7.6 bal gücündə zəlzələ – Tsunami təhlükəsi ləğv edildi

Filippinin cənubunda, Mindanao bölgəsində 7.6 bal gücündə güclü zəlzələ baş verib.

Bizimyol.info xəbər verir ki, bu barədə Filippin Seizmologiya Agentliyi məlumat verib.

Yerli vaxtla səhər saatlarında baş verən təkanlar ciddi təşviş yaradıb, bir sıra binalarda zədələr, körpülərdə çatlar əmələ gəldiyi qeydə alınıb. Tələbələr və sakinlər təxliyə olunub, dərslər dayandırılıb.

Hadisədən sonra sunami xəbərdarlığı edilsə də, bir neçə saat sonra bu təhlükənin keçdiyi bildirilib. Prezident Ferdinand Marcos Jr. zərərçəkənlərə yardımın çatdırılması üçün təcili tədbirlər görüldüyünü açıqlayıb.

Bəzi bölgələrdə elektrik təchizatında fasilələr yaşanıb. Rəsmilər zəlzələdən sonra da təkanların davam edə biləcəyini xəbərdar edirlər. Bu zəlzələ, ölkədə son 10 gündə baş verən ikinci güclü təbii hadisədir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »