Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniya "Temu" platforması ilə bağlı araşdırmaya başlayıb
Almaniya "Temu" platforması ilə bağlı araşdırmaya başlayıb

Almaniyanın Federal Kartel İdarəsi, Çinin "Temu" e-ticarət platformasının bazardakı satıcıların qiymət siyasətinə təsiri ilə bağlı rəsmi araşdırma başladıb.

"Marja" qurumdan verilən açıqlamaya istinadən xəbər verir ki, araşdırma "Temu"nun üçüncü tərəf satıcıların qiymətlərinə təsir edib-etmədiyini müəyyənləşdirməyi hədəfləyir. İstintaq, Almaniyada "Temu" kimi fəaliyyət göstərən və mərkəzi ofisi Dublində yerləşən "Whaleco Technology Limited" şirkətinə qarşı aparılır.

Federal Kartel İdarəsinin rəhbəri Andreas Mundt "Temu"nun Almaniya bazarındakı satıcılara “qəbul edilməz qiymət şərtləri” qoyduğu şübhəsini araşdırdıqlarını bildirib. Onun sözlərinə görə, bu cür şərtlər rəqabəti ciddi şəkildə məhdudlaşdıra və digər satış kanallarında qiymət artımlarına səbəb ola bilər.

Mundt qeyd edib ki, "Temu" platforması Almaniyada təxminən bir ildir fəaliyyət göstərir və 19,3 milyon aktiv istifadəçiyə malikdir. Platformanın Avropa üzrə aylıq ziyarətçi sayı 100 milyonu keçir.

Son xəbərlər
Bütün xəbərlər »