Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Həmas və İsrail qarşıdurmasından yəhudi sinaqoqlarına və icmalarına olan hücumlar gözləniləndir"
"Həmas və İsrail qarşıdurmasından yəhudi sinaqoqlarına və icmalarına olan hücumlar gözləniləndir"

“Qəza bölgəsində olan bu hadisələrdən, yəni İsrail-Həmas qarşıdurmasından sonra bölgədə humanitar fəlakətin, ardınca orada İsrail hərbçilərinin mülki vətəndaşları, qocaları, uşaqları qətlə yetirməsinin dünya mətbuatında tirajlanmasından sonra bu və ya digər dövlətlərdə antisemitizm əhval-ruhiyyəsi kifayət qədər yüksək səviyyəyə qalxdı. Bu, hətta Avropa dövlətləri olan Fransada və Böyük Britaniyada özünü açıq şəkildə büruzə verir”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Yusif Bağırzadə danışıb. Politoloq qeyd edib ki, bu yaxınlarda Böyük Britaniyanın Mançester şəhərində yəhudi sinaqoquna terrorçular tərəfindən hücumlar olmuş və hücumlar nəticəsində yəhudi icmasının bir neçə üzvü qətlə yetirilmiş, hətta polisin səhlənkarlığı üzündən hücuma məruz qalmış yəhudi icmasının bir nəfər üzvü həlak olmuşdur: “Bununla əlaqədar, Böyük Britaniya mətbuatında rezonanslı məqalələr getdi. Bu baxımdan da Rusiyanın, Stavrapol, Krasnoyarsk və Petiqorsk şəhərlərində və digər bölgələrində yəhudi sinaqoqlarına və icmalarına olan hücumlar bu fondan yararlanırlar. Qəzza bölgəsində Həmas və İsrail qarşıdurmasından sonra belə hadisələr çoxdur. Nəzərə alsaq ki, Rusiyanın bu və ya digər şəhərlərində bölgələrində yəhudi icmaları fəaliyyət göstərir, sinaqoqları var və belə hücumlar ola bilər”.

Yusif Bağırzadə bildirib ki, yəhudi icmalarına hücumları təşkil edən təşkilatlar Rusiyada qarşıdurma yaratmaq istəyirlər.

Politoloqun fikrincə, dünya mətbuatının verdiyi məlumata görə, belə hadisələrin vaxtında qarşısının alınması hadisələrin Rusiyanın təhlükəsizlik xidmətləri tərəfindən təşkil olunan bir proses olma ehtimalını da istisna etmir. Yəni bu dünyaya bir nümunə kimi göstərilə bilər ki, “bəli, biz yəhudi icmalarını qoruyuruq, sinaqoqları qoruyuruq və bu hücumların qarşısını vaxtında ala bilirik”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »