Paytaxtın Yasamal rayonunda yerləşən çoxmənzilli binada yanğın hadisəsi baş verib.
Bizimyol.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.
Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda yerləşən çoxmənzilli binanın mənzilində yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
FHN-dən verilən məlumatda bildirilir ki, mənzildə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.






