Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Atəşgah məbədində qaz axını dayananda zəvvarlar bunu "İlahi cəza" kimi dəyərləndirmişdilər - Video
Atəşgah məbədində qaz axını dayananda zəvvarlar bunu "İlahi cəza" kimi dəyərləndirmişdilər - Video

Azərbaycan "odlar diyarı"dır. Bu ad boş yerə yaranmayıb. Çünki ölkəmizdə yeraltı qazların çıxdığı yerlər var. Bu da "əbədi alov" deməkdir.

Əbədi alovu tarix boyu yaşadan yerlərdən biri də Atəşgah məbədidir. Atəşgah məbədi Abşeron yarımadasında yerləşir. Od məbədinin tarixi 17-18 əsrə aiddir. Məbəd əsasən Zərdüştilərin ehtiramla andığı yer kimi yaddaşlarda qalıb. İndiki məbəd hind icması tərəfindən tikilib və 1713-cü ilə aiddir.

Maraqlıdır ki, XIX əsrin ortalarında təbii qazın axışı dayanıb və məbəd tərk edilib. Tarixi mənbələrə görə, 1880-ci ildə sonuncu atəşpərəstlər məbəddən ayrılıblar. Məbəd yenidən 1975-ci ildə bərpa edilib.

Qeyd edək ki, XVII əsrdən etibarən İpək Yolu ticarət yolu sayəsində bu əraziyə hindular gəlməyə, məbədi bərpa edib tikməyə və bərbad vəziyyətdə olan Zərdüşti ziyarətgahlarını əvəz etməyə başladılar.

Xatırladaq ki, bu dövrə qədər gəlib çıxan məbəd qalıqları 1713-cü ilə aiddir. XVIII əsrdə məbədin ətrafında müxtəlif otaqlar tikilib.

Məşhur zəvvarlar tərəfindən hind, pəncab və fars dillərində olan yazılar məbədin divarlarını bəzəyir və onun çoxmillətli əhəmiyyətinə dəlalət edir. XIX əsrdə məbəddə qazın axını dayandı, zəvvarlar bunu "İlahi cəza" kimi dəyərləndirmişdilər.

Məbəd, 1975-ci ildə Dövlət Tarix-Memarlıq Qoruğu statusu aldıqdan sonra yenidən istifadəyə verilib. Bu gün məbəd muzey kimi fəaliyət göstərir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »