Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna PUA-ları Başqırdıstanda nəhəng neft emalı zavodunu vurub - Video
Ukrayna PUA-ları Başqırdıstanda nəhəng neft emalı zavodunu vurub - Video

Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) uzaq mənzilli pilotsuz uçan aparatları Başqırdıstana qədər gedib və Rusiyanın ən böyük neft emalı və neft-kimya zavodlarından birində partlayışa səbəb olub.

Bizimyol.info xəbər verir ki, Ukrayna mətbuatı təhlükəsizlik xidmətindəki mənbələrdən əldə etdiyi məlumata görə, yerli Telegram kanalları bu gün səhər saatlarında “Qazprom Neftexim Salavat” MMC-yə hücum barədə məlumat verib.

Mənbə qeyd edib ki, ilkin məlumata görə, dronlar neft emalı zavodunun ürəyi olan ELOU-AVT-4 blokuna düşüb. Bu qurğu əvvəlcə nefti sudan və duzlardan təmizləyir, bundan sonra benzin, dizel, kerosin və mazuta çevrir.

Neft emalı zavodunda böyük yanğın və qara tüstü sütunu aşkar edilib. Başqırdıstan hakimiyyəti də neft emalı zavoduna vurulan zərbəni təsdiqləyib.

“UTX sistematik olaraq Rusiyanın hərbi büdcəsinə neft dollarlarının axınını kəsir. Rusiya neft emalı zavoduna hər zərbə təcavüzkarın Ukraynaya qarşı müharibə aparmaq imkanlarını azaldır. Rusiyanın dərinliklərinə endirilən zərbələr göstərir ki, düşmən üçün təhlükəsiz bölgələr artıq mövcud deyil”, - deyə UTX-dəkı məlumatlı mənbə bildirib.

Bildirilir ki, 2025-ci il sentyabrın 18-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri Rusiya Federasiyasının Volqoqrad vilayətindəki Volqoqrad Neft Emalı Zavoduna zərbələr endirib. İlkin məlumata görə, zavodun fəaliyyəti dayandırılıb.

"Qeyd edək ki, Volqoqrad Neft Emalı Zavodu düşmən silahlı qüvvələrinin ehtiyaclarının ödənilməsində iştirak edir. Bu neft emalı zavodu Rusiya Federasiyasının Cənub Federal Dairəsində ən böyük yanacaq və sürtkü materialları istehsalçısıdır", - deyə ölkə mətbuatının verdiyi məlumatda qeyd edilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »