Polşanın baş naziri Donald Tusk hərbçilərin gecə saatlarında ölkənin hava məkanını pozan obyektləri vurduğunu təsdiqləyib.
Bizimyol.info xəbər verir ki, o, Polşa hava məkanını məhz Rusiya pilotsuz təyyarələri tərəfindən pozulduğunu dəqiqləşdirməyib.
"Polşa hava sərhədinin çoxsaylı pozulması ilə bağlı əməliyyat aparılır. Ordu obyektlərə qarşı silahdan istifadə edib", - deyə Tusk "X" şəbəkəsində ətraflı məlumat verib.
O əlavə edib ki, ölkə prezidenti Karol Navrocki baş verənlərdən xəbərdardır. Maraqlıdır ki, Ukraynanın monitorinq kanalları bir neçə rus pilotsuz təyyarəsinin Polşa ərazisinə uçduğunu bildirib.
Yaranmış vəziyyətlə əlaqədar Polşa Rzeşov hava limanını, eləcə də Lyublin hava limanını və hər iki Varşava aeroportunu bağlayıb. Aviatorlar üçün rəsmi xəbərdarlıqda bildirir ki, hava limanları “milli təhlükəsizliyin təmin edilməsi çərçivəsində planlaşdırılmamış hərbi fəaliyyətə görə” bağlanıb.
Daha sonra Tusk bildirib ki, o, Polşaya gecə hücumu barədə NATO-nun baş katibi Mark Rutteyə məlumat verib. "Mən NATO-nun baş katibinə mövcud vəziyyət və hava məkanımızı pozan obyektlərə qarşı gördüyümüz tədbirlər barədə məlumat verdim. Biz daimi əlaqə saxlayırıq", - deyə o, "Facebook" səhifəsində yazıb.
Bundan əvvəl Polşanın hava hücumundan müdafiə və aviasiyasını yüksək hazırlıq vəziyyətinə gətirdiyi bildirilir. Polşa Silahlı Qüvvələrinin bəyanatında deyilir: "Polşa və müttəfiqlərinin təyyarələri hava məkanımızda fəaliyyət göstərir və yerüstü hava hücumundan müdafiə və radar tanıma sistemləri ən yüksək hazırlıq səviyyəsinə çatıb".
Maraqlıdır ki, nə Silahlı Qüvvələr, nə də Tusk bunların Rusiya pilotsuz təyyarələri olduğunu deməyiblər.
Xatırladaq ki, bu, Rusiyanın Ukraynaya hücumlarına görə Polşanın hərbi təyyarələrini ilk dəfə səmaya qaldırması deyil.
Qadir, Bizimyol.info






