Narın qızılı qum dəri sağlamlığı üçün çox faydalıdır. Qum ölü hüceyrələri yumşaq bir şəkildə çıxarır və dərinin nəfəs almasına kömək edir. Qum ayaqların altındakı nöqtələri masaj edərək ayaq sağlamlığına müsbət təsir göstərir.
Qumda uzanmaq təbii stresi azaldır. Qumun teksturası zehni rahatlamağa və stresin öhdəsindən gəlməyə kömək edə bilər.
Qumun mülayim istiliyi, xüsusilə revmatik problemləri olanlar üçün rahatlaşdırıcı təsir göstərə bilər. Qum üzərində oturmaq və ya gəzmək oynaq ağrılarını aradan qaldıra bilər. Eyni zamanda qum özündə olan mineralları dəriyə ötürür, mineralın udulmasına töhfə verir. Bu, yalnız dərinin sağlamlığını dəstəkləmir, həm də bədəndəki mineral balansını qorumağa kömək edir.
Mütəxəssislərin fikrincə, qum vannası revmatizm xəstələri üçün çox faydalıdır. Qum oynaq ağrılarını aradan qaldıra bilir.
Qumun tərkibində D vitaminin çox olduğu da iddia edilir.
Qum üzərində gəzinti, uzanmaq, ayaqları və ya bədəni quma basdırmaq əsəbləri sakitləşdirir və qan dövranını tənzimləyir.
Qum ürək problemini və psixoloji pozuntulara qarşı təsirlidir.
Qeyd edək ki, antibakterial tərkibə malik qum dəri qocalmasını da zəiflədir.
İradə Cəlil, Bizimyol.info






