Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynada 12 illik məktəb təhsil sistemi tətbiq edilir
Ukraynada 12 illik məktəb təhsil sistemi tətbiq edilir

Ukraynada məktəblərdə 12 illik təhsilin tətbiqi üzrə eksperiment bu il sentyabrın 1-dən başlayır. Bu, Ukraynanın Qərb dövlətləri ilə yaxınlaşması, Rusiya və Belarusa bənzəməməsi üçün edilir.

Bizimyol.info xəbər verir ki, bu barədə Ali Radanın Təhsil Komitəsinin rəhbəri Serxi Babak məlumat verib.

“12 illik məktəbin tətbiqi üzrə eksperimental layihə sentyabrın 1-dən başlayır. Eksperimental layihə 2027-ci il sentyabrın 1-dək davam edəcək”, - deyə o, "Telegram" kanalında yazıb.

Eksperiment çərçivəsində Ukrayna məktəblərində “yeni proqramların sınaqdan keçirilməsi” aparılacaq ki, bu da onun sözlərinə görə, təhsilin iki sahəsini, yəni akademik və peşəni nəzərdə tutur. “Bu, orta ixtisas təhsilinin yeni dövlət standartının tətbiqi və 12 illik təhsil sisteminə keçidə hazırlıq istiqamətində ilk addımdır”, - deyə o əlavə edib.

12 illik sistemə keçmək zərurətini əsaslandıran Babak, xüsusilə, Ukraynanın Qərb dövlətləri ilə yaxınlaşmaq istəyini qeyd edib. "Bu gün 11 illik təhsil sistemi Rusiya, Belarus və Ukraynada qalır. 12 illik təhsil sistemi ümumilikdə bütün Avropada qəbul edilir. Amerika da bu standartı qəbul edib”, - deyə o qeyd edib. Həmçinin, onun fikrincə, bu sistemə keçid Ukrayna sertifikatlarının avropalılar tərəfindən tanınmasını asanlaşdıracaq.

Bu, Ukraynaya təhsil sahəsində təsir edən ilk yenilik deyil. Belə ki, “Strana” nəşri bundan əvvəl sentyabrın 1-dən ali təhsil müəssisələrinin tələbələri üçün icbari ümumi hərbi hazırlıq kursunun tətbiq olunduğunu bildirmişdi. Kurs nəzəri və praktiki hissələrə bölünür. Birincisi cinsindən asılı olmayaraq tələbələr üçün nəzərdə tutulmuşdur, ikincisi kişi tələbələr üçün məcburidir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »