Hazırda deputat Andrey Parubinin öldürülməsi ilə bağlı aparılan istintaq çərçivəsində hüquq-mühafizə orqanları Rus izini istisna etmirlər.
Bizimyol.info xəbər verir ki, bu barədə Lvovda keçirilən brifinqdə Lvov vilayətinin baş prokuroru Nikolay Meret məlumat verib.
O bildirib ki, istintaqda Andrey Parubinin bu günki öldürülməsi ilə İrina Fariyonun bir il əvvəl öldürülməsi arasında hələ ki bir əlaqə olduğunu göstərən məlumatlar yoxdur.
Lvov vilayəti üzrə Milli Polisin rəhbəri Aleksandr Şlyaxovski isə bildirib ki, 11:37-də hüquq-mühafizə orqanlarına Parubinin öldürülməsi barədə məlumat verilib. Polisin olay yerinə çatması ilə müəyyən edilib ki, naməlum şəxs yaxın məsafədən qısa lüləli tapançadan təxminən 8 atəş açıb. Aldığı güllə yaralarından Andrey Parubiy hadisə yerində ölüb.
Brifinqin keçirildiyi vaxtda hüquq-mühafizə orqanları hələ də cinayətkarın şəxsiyyətini müəyyən etməyib. Həmçinin, cinayətkarın hansı silahdan istifadə etdiyi də dəqiq məlum deyil.
"Cinayətkarın yerini müəyyən etmək və onun polisdən qaçmasının qarşısını almaq məqsədilə dərhal xüsusi əməliyyat başladılıb. Bu məqsədlə hadisə yerindəki videomüşahidə kameralarının analizinə, şahidlərin və hadisə yerinin müşahidəçilərinin sorğu-sualına başlanılıb, bu da cinayətkarın tapılması üçün tam məlumat əldə etməyə kömək edəcək", - deyə Şlyaxovski bildirib.
Lviv polisinin rəhbəri əvvəlki mərhələdə Prezidentin açıqladığı məlumatı təsdiqləyib və bildirib ki, cinayət əvvəlcədən çox yaxşı planlaşdırılıb.
O, jurnalistlərə cinayətkarın xarakteristikalarını (boyu, saç rəngi və s.) və onun təkbaşına hərəkət edib-etmədiyini, yoxsa təşkilatlanmış qrupun bir hissəsi olub-olmaması barədə məlumat verməyib. Həmçinin, cinayətkarın məşhur çatdırılma şirkətinin kureri olub-olmaması barədə suallara cavab verməyib.
Ukrayna mətbuatı xəbər verir ki, Daxili İşlər Naziri və Baş Prokuror Prezidentə mütəmadi olaraq istintaqın gedişatından məlumat verirlər. Prezident Zelenski bildirib ki, istintaqa "çox sayda qüvvə" cəlb edilib və cinayət "çox yaxşı hazırlanıb".
Keçmiş Lvov Şəhər Şurasının deputatı, mərhumla yaxın dost olan İqor Zinkyeviç bildirib ki, Andrey Parubiyin şəxsi mühafizəçisi olmayıb.
Qadir, Bizimyol.info






