Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Nəsiminin məzarının Hələbdə qalması Azərbaycanın şairinin daha çox tanınmasına töhfə verə bilər"
"Nəsiminin məzarının Hələbdə qalması Azərbaycanın şairinin daha çox tanınmasına töhfə verə bilər"

Böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin məzarı Suriyadan Azərbaycana gətirilə bilər. Azərbaycan dövləti Nəsiminin məzarının ölkəyə köçürülməsində maraqlıdır. Belə ki, artıq bu istiqamətdə Suriya tərəfi ilə ilkin təmaslar olub, bu haqda Suriyaya məlumat verilib. Qeyd edək ki, İmadəddin Nəsiminin məzarı Suriya Ərəb Respublikasının Hələb şəhərindədir. Neçə illərdir hərbi münaqişənin davam etdiyi şəhərdə Nəsiminin də məzarı dağıntılara məruz qalıb. Ötən gün bu mövzu sosial şəbəkələrdə geniş şəkildə müzakirə edilib.

İmadəddin Nəsiminin məzarı Azərbaycana gətirilməlidirmi?

Milli Məclisin deputatı Ceyhun Məmmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan şairi İmadəddin Nəsiminin məzarının Azərbaycana gətirilməsi məsələsi dövlətin qərarından asılı olaraq gələcəkdə nəzərdən keçirilə bilər.

Ceyhun Məmmədov Ceyhun Məmmədov

Deputat hesab edir ki, Suriya böyük tarixi əks etdirən bir ərazidir və Hələb şəhəri də məhşur şəhərdir. Ceyhun Məmmədovun fikrincə, Nəsiminin məzarının Hələbdə qalması daha çox fayda verər, çünki Nəsimi təkcə Azərbaycanın deyil, bütün müsəlman dünyasına aid bir şəxsiyyətdir.

“İmadəddin Nəsiminin məzarının Hələbdə qalması Azərbaycanın şairinin daha çox tanınmasına töhfə verə bilər. Ümumiyyətlə, bu məsələlərin müzakirə olunması birgə düzgün deyil. Cavidin məsələsi fərqli məsələdir. Cavidin məzarının Azərbaycana gətirilməsi ulu öndər tərəfindən çox mühüm bir addım idi. Suriya tamam başqa bir ölkədir. Müsəlman ölkəsidir, tarixi şəhərdir, insanlar tərəfindən ziyarət olunan bir məkandır. Ona görə bu gün Suriya ilə Azərbaycanı, Rusiyanı başqa yeri müzakirə etmək düzgün deyil. Ona görə hesab edirəm ki, biz bu məsələləri eyniləşdirməməliyik”-deyə Ceyhun Məmmədov vurğulayıb.

Deputat həmçinin qeyd edib ki, ümumiyyətlə belə ironik müzakirələrin də əleyhinədir.

“Yəni bu pul şairlərə xərclənsin, yazıçılara xərclənsin və sair düşüncələrin əleyhinəyəm. Ölkəmizdə şairlərə, yazıçılara, dövlətimiz tərəfindən kifayət qədər diqqət və qayğı var. Ona görə də, belə bir istehzalı yanaşma müzakirəsini də mən qəbul etmirəm”-deyə Ceyhun Məmmədov əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »