Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy, Ankaranın 2026 Türk Dünyası Turizm Paytaxtı seçildiyini açıqlayıb.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, sosial media hesabında etdiyi paylaşımda Ankaranın 2026-cı ilin Türk Dünyası Turizm Paytaxtı olaraq seçildiyini bildirib.
Nazir Ersoy: "Tarixi, mədəniyyəti və ruhu ilə bu unvan Ankaraya çox yaraşdı. Bugün, Türk Dövlətləri Təşkilatının Turizm Nazirləri 10-cu Toplantısında qəbul olunan ortaq qərarla, paytaxtımız Ankara 2026-cı il üçün "Türk Dünyası Turizm Paytaxtı" elan edilib", - deyib.
"Ankara; Gordion"dan Anıtkabirə, Roma Hamamından CSO Ada Ankaraya qədər uzanan zəngin mirası, muzeyləri, incəsənət müəssisələri və mədəni müxtəlifliyi ilə Türk dünyasının ortaq yaddaşını əks etdirən nadir şəhərlərimizdən biridir. Anadolunun ürəyində yüksələn bu qədim paytaxt, artıq yalnızca Türkiyənin deyil, Türk dünyasının da mədəniyyət və turizm vitrini olacaq", - deyə nazir Ersoy qeyd edib.
Ersoy, 2026-cı il boyu Ankaranı birlikdə kəşf edəcəyimizi və paytaxtın sahib olduğu dəyərləri qardaş xalqlarla bölüşməyə davam edəcəyimizi vurğulayıb.
AK Parti Başqan Köməkçisi və Türk Dövlətləri ilə Əlaqələr Başçısı Kürşad Zorlu, sosial media hesabında etdiyi paylaşımda "Xeyirli Olsun Ankara" deyə yazıb.
Zorlu mesajında: "Bu fürsətdən istifadə edərək, başda Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy olmaqla, Türk Dövlətləri Turizm Nazirlərinə, Türk Dövlətləri Təşkilatının Ümumi Katibi Kuban Omuralievə təşəkkür edirəm", - deyə bildirib.
"İndi birlikdə 2026-cı ildə Paytaxtımızı turizm sahəsində gücləndirəcək layihə və fəaliyyətləri həyata keçirmək vaxtıdır. Başqanlığımızın da bu mövzudakı işlərini daha sonra paylaşmaq üzrə, Mübarək Olsun Ankara…", deyə Kürşad Zorlu qeyd edib.






