Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO/İƏT) üzv ölkələrin zirvə görüşündə ŞKTC rəhbərliyi iştirak edəcək
İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO/İƏT) üzv ölkələrin zirvə görüşündə ŞKTC rəhbərliyi iştirak edəcək

3-4 iyul tarixlərində Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO/İƏT) üzv ölkələrin liderləri bir araya gələcək. Zirvə görüşündə 13 ölkə liderinin iştirak edəcək. Görüşdə bölgənin gələcəyi ilə bağlı çox önəmli müzakirələr aparılacağı gözlənilir.

Bizimyol.info xəbər verir ki, zirvə görüşündə Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Prezident Ersin Tatar, ŞKTC-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, Beynəlxalq Münasibətlər və Diplomatiya xüsusi məsləhətçisi Hüseyn İşıksal, xüsusi məsləhətçi Gökhan Gülər, xarici mətbuat katibi Kerem Haser, polkovnik-leytenant və köməkçi Osman Tez, ŞKTC-nin Bakıdakı nümayəndəliyinin 3-cü katibi Görkem Reis, mühafizə zabiti Asım Başaranel, yaxın mühafizə Mustafa Kuraner, Türk Agentliyi Kipr (TAK) müxbiri Süleyman Onal, Bayrak Radio Televiziya Qurumu müxbiri Aydan Nursal, operatorlar Mahmud Onur Çelik və Zafer Örek iştirak edəcəklər.

Orxan, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »