İlon Mask daha əvvəl "X" sosial şəbəkə hesabında yazdığı və ABŞ prezidenti Donald Trampın amerikalı maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı sənədlərdə adının keçdiyini iddia etdiyi paylaşımını silib. Linkə kliklədiyiniz zaman yazı artıq mövcud deyil.
Bizimyol.info xəbər verir ki, daha əvvəl İlon Mask bildirib ki, Ağ Ev rəhbərinin adı Cefri Epşteyn işi ilə bağlı sənədlərdə keçib.
“Əsl bombanı atmağın vaxtı gəldi: Prezident Donald Tramp Epstein işində iştirak edir. Faylların ictimaiyyətə açıqlanmamasının əsl səbəbi budur. Gününüz yaxşı keçsin, Donald Tramp!” – deyə Maskın paylaşımında deyilir.
Epstein 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Prokurorlar dedilər ki, 2002-2005-ci illərdə onun Manhettendəki evinə ən kiçiyi 14 yaşında olan onlarla azyaşlı qızın ziyarətini təşkil etdiyinə dair sübutlar var. Epsteinin dostları və tanışları arasında təkcə ABŞ-da deyil, bir çox başqa ölkələrdə çoxlu sayda hazırkı və təqaüddə olan məmurlar, o cümlədən keçmiş dövlət başçıları, iri sahibkarlar və şou-biznes ulduzları var idi. ABŞ-da maliyyəçinin cinayət təqibi 2019-cu il avqustun 10-da həbsxana kamerasında intihar etdikdən sonra dayandırılıb.
Qadir, Bizimyol.info






