Nadir xərçəngə səbəb olan mutasiya daşıyan kişi sperma donorluğu ilə bütün Avropanı fəlakətə sürükləyib.
Bizimyol.info "hurriyet"ə istinadən xəbər verir ki, nadir xərçəngə səbəb olan mutasiya daşıyan donordan sperma ilə doğulan 67 uşaqdan 10-na xərçəng diaqnozu qoyulub.
Hadisə iki ailənin uşaqlarının nadir genetik variantla əlaqəli xərçəng xəstəliyinə tutulduğunu görüb klinikalara müraciət etdikdən sonra üzə çıxıb.
Avropanın səkkiz ölkəsində 46 ailədən olan 67 uşaq sınaqdan keçirilib və 23 uşaqda bu variant aşkar edilib, 10 uşağa isə xərçəng, o cümlədən leykemiya və qeyri-Hodgkin lenfoma diaqnozu qoyulub.
"The Guardian"ın verdiyi məlumata görə, risk geni olan uşaqlar müntəzəm olaraq bütün bədən MRT müayinələri və digər testlərlə izlənməlidir.
Avropa Sperma Bankı TP53 genindəki variantın bəzi donor spermalarında tapıldığını təsdiqləyib. Bununla belə, qurum hər sperma donoru üçün dünya üzrə 75 ailə limiti tətbiq etdiklərini bildirib.
Nadir mutasiyanın 2008-ci ildə bağışlanma zamanı xərçənglə əlaqəli olduğu bilinmirdi və standart skrininq üsullarından istifadə edilməklə aşkar edilə bilməzdi.
Mütəxəssislər donor sperma istifadəsinə dair beynəlxalq səviyyədə razılaşdırılmış məhdudiyyətlərin olmamasından narahat olduqlarını bildiriblər.
Fransanın Rouen Universiteti Xəstəxanasında bioloq Dr. Edwige Kasper: "Biz tək donor üçün doğulanların və ya ailələrin sayına Avropa miqyasında məhdudiyyət tətbiq etməliyik", - deyib.
Doktor Kasperin laboratoriyası mutasiyanın Li-Fraumeni sindromuna səbəb ola biləcəyi qənaətinə gəlib.
İngiltərənin Leicester şəhərindəki De Montfort Universitetinin professoru Dr. Nicky Hudson, işin ölkələr arasında insan reproduktiv hüceyrələrinin köçürülməsi zamanı yarana biləcək çətinlikləri vurğuladığını söyləyib.
Hudson məsələ ilə bağlı: "Burada təhlükə altında olan əsas məsələlər təsirə məruz qalan uşaqların çoxluğu və bir çox ölkəyə yayıla bilən ailələrin axtarışının çətinliyidir", - deyib.
Avropa Sperma Bankının sözçüsü Julie Paulli Budtz, donorun geniş şəkildə sınaqdan keçirildiyini, lakin xərçəng mutasiyalarının aşkar edilə bilməyəcəyini və aşkarlanmasının mümkün olmadığını müdafiə edib. Budtz sperma donorluğuna məhdudiyyətlər ideyasını dəstəkləyərək: "Biz beynəlxalq səviyyədə məcburi ailə limitinin yaradılması ilə bağlı dialoqu dəstəkləyirik", - deyib.
Qadir, Bizimyol.info






