Banqladeşin şimalındakı Şerpur bölgəsində insanlar çoxlu sayda fil sürüsü ilə qarışıb.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Cənubi Asiya ölkəsi Banqladeşin Şerpur əyalətinin Çenaigati şəhərində fil sürüsü izdihamın içinə girib.
İnsanlar dəyənəklərlə 30-a yaxın fili qovmağa cəhd ediblər. Həyacanlanmış admlar özlərini qorumağa çalışıblar. Fillərə çox yaxınlaşan şəxs heyvanlar tərəfindən əzilib və hadisə yerində ölüb.
Tarlasından evə qayıdarkən sürü ilə qarşılaşan digər şəxs də fillərdən birinin hücumuna məruz qalıb. Heyvanın gövdəsi ilə havaya atılan şəxs aldığı zərbələr nəticəsində həyatını itirib.
Qadir, Bizimyol.info






